SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarov Makedoniya, Abbasov isə İspaniya klubunda. Avropa kuboku başlayır!

Sentyabrın 18-dən 24-dək Makedoniyanın Struqa şəhərində keçiriləcək klublar arasında Avropa kubokunda iştirak edəcək komandaların yekun siyahısı məlum olub. 

   Chess.az xəbər verir ki, dünyada hökm sürən sanitar-epidimiolojı vəziyyətlə alaqədar olaraq yarışın başlayacağı günə qədər dəyişiliklərə icazə verilsə də, bu günə qədər iştirak ərizələrini təqdim etmiş komandalar artıq müəyyənləşib. Beləliklə, kişilərin yarışında 38, qadınların turnirində isə 8 komandanın iştirak edəcəyi dəqiqləşib. Dünya çempionu Maqnus Karlsenin başda olmaqla bir çox dünya şahmat ulduzunun iştirak edəcəyi qitə kubokunda Azərbaycanı "Vüqar Həşimov" Şahmat Klubu təmsil edəcək. Komandamız Makedoniyada bu heyyətlə çıxış edəcək: 1.Rauf Məmmədov (Azərbaycan), 2.Kiril Şevçenko (Ukrayn), 3.Vüqar Əsədli (Azərbaycan), 4.Aydın Süleymanlı (Azərbaycan), 5.Əhməd Əhmədzadə (Azərbaycan), 6.Ülvi Sadıqov (Azərbaycan), 7.Murad İbrahimli (Azərbaycan). Komandanın kapitanı isə tanınmış şahmatçı-məşqçi Anar Allahverdiyev olacaq.

Amma Avropa kubokunda iştirak edəcək azərbaycanlı şahmatçıların siyahısı bunula bitmir. Azərbaycanın ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid" komandasının heyyətində çıxış edəcək. Yığmamızın başqa bir üzvü Nicat Abbasov isə İspaniyanın "C.A Silla" komandasında çıxış edəcək.  
   
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss