SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azad Rəhimovun xatirəsinə həsr olunmuş turnir start götürür

Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi olub.

 Chess.az xəbər verir ki, 16 yaşadək şahmatçılar arasında təşkil ediləcək turnirin birinci turu sabah baş tutacaq. Bu gün isə yarışın rəsmi açılış mərasimi keçirildi. Əvvəlcə Gənclər və İdman nazirliyin rəhbərliyi və tədbir iştirakçıları İkinci Fəxri xiyabanda Azad Rəhimovun xatirəsini yad edib, məzar önünə əklil və gül dəstələri qoyublar. Daha sonra yarışın rəsmi açılış mərasimi keçirildi. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində keçiriləcək və oktyabrın 15-dək davam edəcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss