SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gənc və yeniyetmə şahmatçılarımız Avropa Çempionatında dörd medal qazandılar

Azərbaycanın gənc və yeniyetmə şahmatçılar onlayn Avropa çempionatında uğurla çıxış ediblər.

Chess.az xəbər verir ki, Azərbaycan şahmatçılarından 18 yaşlı oğlanların yarışında Uğur İlyaslı, 16 yaşlı qızların yarışında isə Ayan Allahverdiyeva 9 turdan 7,5 xal toplayaraq Avropa çempionu adını qazanıblar. On səkkiz yaşlı qızların yarışında turnirin qalibi ilə eyni xal (7 xal) toplayan və yalnız əlavə göstəricilərə görə çempion ola bilməyən Mələk İsmayıl qitə birinciliyinin ikincisi oldu
10 yaşadək qızların yarışında mübarizə aparan Səadət Bəşirli isə 6,5 xalla 3-cü oldu.
Digər şahmatçılarımızdan Kənan Qarayev 20 yaş kateqoriyasında 7-ci,  Şiroğlan Talıbov 16 yaşadək şahmatçılar arasında 7-ci, 14 yaşadək qızların turnirində Nərmin AbdinovaSəmra Qasımova müvafiq olaraq 4 və 6-cı, 10 yaşadək oğlanların turnirində Yusif Kərimli isə 6-cı yerləri tutublar.
Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edib.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss