Noyabrın 6-dan 14-dək "Vüqar Həşimov adına Şahmat Akademiyasında" Zəfər Gününə həsr olunmuş şahmat turniri keçiriləcək.
Chess.az xəbər verir ki, beynəlxalq reytinqli turnir İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq. Yarışın nəticələrinə uyğun olaraq şahmatçılar FİDE reytinqilərini artırmaqla bərabər, İdman Ustalığına Namizəd (İUN), 1, 2, 3 və 4-cü idman dərəcələrinin normalarını da yerinə yetirmək imkanını qazanacaqlar.