SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Faiq Həsənov:"Yeniyetmələr arasında şahmat inkişaf edib"

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov şahmatçılarımızın yeniyetmə və gənc şahmatçılar arasında Hibrit Avropa çempionatında uğurla çıxış etmələri ilə bağlı  Azərtac Dövlət İnformasiya Agentliyinə açıqlamalar verib.

  Xatırladaq ki, ötən həftə başa çatmış qitə birinciliyində 4 medal qazanan yığmamız, medal sayına və əyarına görə Rusiya komandasından sonra ikinci yeri tutmuşdur. 
"Bu, şahmatçılarımız üçün çox yaxşı nəticədir." Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.
Müxtəlif yaş qrupları üzrə keçirilən yarışda komandamızın geniş heyətlə iştirak etdiyini vurğulayan F.Həsənov bildirib ki: “Azərbaycanda uşaq və yeniyetmələr arasında şahmat inkişaf edib və onların idmanın bu növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılır. Avropa çempionatına böyük heyətlə qatılan komandamızın tərkibində beynəlxalq arenalarda keçirilmiş nüfuzlu yarışlarda bir sıra uğurlar əldə etmiş şahmatçılar da mübarizə aparıblar. Onlardan yüksək nəticələr gözləyirdik və komandamız ümidləri doğrultdu”.
 Faiq Həsənov bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, şahmatçılar bütün imkanlardan yararlanaraq hazırlıqlarını davam etdirirlər. Uşaq və yeniyetmə şahmatçıların əldə etdikləri yüksək nailiyyət bunun əyani təsdiqidir.
  Qeyd edək ki, Avropa çempionatında 18 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçılarından Uğur İlyaslı, 16 yaşlı qızların yarışında isə Ayan Allahverdiyeva qızıl medal qazanıblar. On səkkiz yaşlı qızların yarışında turnirin qalibi ilə eyni - 7 xal toplayan Mələk İsmayıl əlavə göstəricilərə görə, ikinci yeri tutub. Bürünc medalı isə 10 yaşlı qızların turnirində 6,5 xal toplayan Səadət Bəşirli qazanıb. Digər şahmatçılarımızdan Kənan Qarayev (20 yaş), Aytac Heydərova (20 yaş), Ləman Hacıyeva (18 yaş), Şiroğlan Talıbov (16 yaş), Nərmin Abdinova, Səmra Qasımova (14 yaş), Lalə Hüseynova (12 yaş), Yusif Kərimli (10 yaş) ilk onluqda yer alıblar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss