SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Swiss 2021": Şahmatçılarımızdan uğursuz start (CANLI)

Dünən Latviyanın paytaxtı Riqa şəhərində kişilər və qadınlar arasında İddiaçılar turnirlərinə seçmə mərhələ hesab olunan "Grand Swiss 2021" start götürüb.  

CANLI
  Təəsüf ki, yarışın ilk günü azərbaycanlı şahmatçılar üçün olduqca uğursuz alındı. Beləliklə kişilərin yarışında mübarizəyə qoşulan dörd şahmnatçımızın dördü də ilk turda məğlub oldu. Nicat Abbasov İran əsilli Fransa şahmatçısı Əlirza Firuzcaya, Rauf Məmmədov özbək Nodirbek Yakubboyevə, son Azərbaycan çempionu Vasif Durarbəyli iranlı Parham Maqsudluya, gənc qrossmeysterimiz Aydın Süleymanlı isə xorvat İvan Sariçə məğlub olublar. Bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək ikinci turda Nicat latış Nikita Meşkovsla, Rauf Məmmədov rusiyalı Mixail Antipova, Vasif Durabəyli ilə Aydın Sülymanlı isə bir-biri ilə qarşılaşacaqlar.  

 Qeyd edək ki, 2022-ci ildə keçiriləcək "İddiaçılar turnirinə" iki vəsiqə verən "Grand Swiss 2021" şahmat turniri İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq və. Noyabrın 7-dək davam edəcək turnirin ümumi mükafat fondu isə 550 000 ABŞ dolları təşkil edir.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss