SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov "Tata Steel Masters 2022"-də!

Dünyanın ən mötəbər şahmat turnirlərindən biri hesab olunan ənənəvi Veyk-an Ze Şahmat Festivalı (TATA STEEL) 2022-ci ilin 14-30 yanvar tarixlərində Niderlandın eyniadlı şəhərində keçiriləcək.
 
Chess.az  xəbər verir ki,  83-cü dəfə keçiriləcək olan turnirin iştirakçıların yekun siyahısı da artıq məlumdur. Beləliklə dünən açıqlanan siyahıda yenə də dünya şahmat elatasının bir çox nümayəndələri toplaşıb. Ötən il Koronavirusa yoluxduğu üçün turnirdə çıxış etməkdən imtina edən Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, bu il də təşkilatçılar tərəfindən yarışa dəvət alıb və bir probelm olmasa turnirdə iştirak edəcək.   Məmmədyarovdan başqa "TATA STEEL MASTERS 2022"-də dünya çempionu Maqnus Karlsen, amerikalılar Fabiano Karuana Sem Şenkland, meydan sahibləri Aniş GiriYorden Van Forrest, Sergey Karyakin, Andrey YesipenkoDaniil Dubovdan ibarət "Rusiya triosu", macar Rixard Rapport,  polyak Yan-Kşıştof Duda, isveçli Nils Qrandelius və gənc hindistanlı istedad Praqanandhaa iştirak edəcəklər.  
 Bundan əlavə ötən il COVİD-19 pandemiyası üzündən keçirilməyən "B" turnirinin bu il yenidən keçiriləcəyi haqda qərar qəbul edilib. "B" turnirinin iştirakçıların siyahısı yaxın günlərdə məlum olacaq.

 Xatırladaq ki, qrossmeysterimiz Teymur Rəcəbov 2007-ci ildə Veyk-an-Ze turnirinin qaliblərində biri olmuşdur. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss