SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

  Chess.az xəbər verir ki, budəfəki siyahıda alışdığımız kimi TOP-10-luqda Azərbaycanın heç bir şahmatçısı yer almayıb. Belə ki, təmsilçimiz Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci, digər TOP-Qrossmeysterimiz Teymur Rəcəbov isə 2763 xalla 13-cü sıralarda qərarlaşıblar.
 MəmmədyarovRəcəbovdan başqa ilk yüzlükdə daha 2 şahmatçımız yer alıb. Belə ki, Rauf Məmmədov 2673 xalla 61-ci, Qədir Hüseynov isə 2664 xalla 74-cü pillələrdə qərar tutublar.
 Reytinq cədvəlinə isə, əvvəlki kimi norveçli Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2855 xal var. Çinli Dinq Liren 2799 xalla ikinci, ABŞ təmsilçisi Fabiano Karuana isə 2791 xalla üçüncü pillədə qərarlaşıblar.
  Qadınların reytinq cədvəlində də kişilərdə olduğu kimi ilk yüzlükdə Azərbaycanı dörd şahmatçı təmsil edir. Günay Məmmədzadə 2459 xalla 25-ci, Gülnar Məmmədova 2395 xalla 64-cü, Xanım Balacayeva isə 2369 xalla 91-ci mövqedə qərarlaşıblar. Qadınların reytinq cədvəlinə 2658 xalla çinli Xu Yifan başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina 2604 xalla ikinci, hindistanlı Humpu Koneru isə 2586 xalla ilk üçlüyü tamamlayır.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss