SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Swiss 2021": Şahmatçılarımızın uğursuzluğu davam edir (CANLI)

Latviyanın paytaxtı Riqa şəhərində kişilər və qadınlar arasında "İddiaçılar turnirlərinə" vəsiqə verən "Grand Swiss 2021" şahmat turniri davam edir.  
CANLI
  Təəsüf ki, yarışın elə ilk turundan başlayaraq yarışa uğursuz başlayan hər dörd şahmatçımızın uğursuz çıxışı davam edir. Keçirilmiş beş turdan sonra, təmsilçilərimiz Nicat Abbasov Rauf Məmmədov 2 xalla 66-91-ci yerləri, son Azərbaycan çempionu Vasif Durarbəyli ilə gənc qrossmeysterimiz Aydın Süleymanlı isə 1.5 xalla 92-102-ci yerləri bölüşürlər. Turnir cədvəlinə isə aktivlərində dörd xalları olan Fransa təmsilçisi Əlirza Firuzca, rusiyalı Yevgeniy Nayerİspaniyanı təmsil edən Aleksey Şırov başılıq edirlər. 

 Bu gün Bakı vaxtı ilə saat 15:00-da yarışın 6-cı turuna start veriləcək.
 Qadınların turnirinə gəlincə, keçirlmiş beş turdan sonra turnir cədvəlinə birdən birə beş şahmatçı başçılıq edir. Bunlar alman Elizabet Payetz, Çin şahmatçıları Ju JinerLi Tingji, gürcü şahmatçı Nino Batsiaşvili və polşalı Yovanta Zavadzkadır
 Qeyd edək ki, 2022-ci ildə keçiriləcək "İddiaçılar turnirinə" iki vəsiqə verən "Grand Swiss 2021" şahmat turnirləri İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Noyabrın 7-dək davam edəcək turnirlərin ümumi mükafat fondu isə 550 000 ABŞ dolları təşkil edir.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss