SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa Çempionatı 2021: Hər şey qaydasındadır!

Sloveniyada komandalar arasında kişilər və qadınlar arasında komanda Avropa çempionatı davam edir. Yarışın ikinci turunda kişi şahmatçılarımız Serbiya, qadın təmsilçilərimiz İsveç yığmasına qalib gəliblər.
  Chess.az xəbər verir ki, dünən keçirilmiş ikinci turda kişilərdən ibarət komandamız Serbiyanı 3:1 hesabı ilə, qadınlardan ibarət yığmamız isə İsveç yığmasını 4:0 hesabı ilə məğlub etmişdirlər. Kişilərdə Şəhriyar Məmmədyarov Aleksandar İndiçə, Nicat Abasov Milos Perunoviçə qalib gəliblər. Teymur Rəcəbov İvan İvaniseviç, Qədir Hüseynov isə Robert Markusla heç-heçə ediblər. Qadın şahmatçılarımıza gəlincə Günay Məmmədzadə Ria Cramlinq, Xanım Balacayeva Jelena Andric, Ülviyyə Fətəliyeva Marqarita Zaritovskaya, Gülnar Məmmədova isə İnna Aqrest üzərində qələbə qazanıblar. 

 Bu gün kişilərdən ibarət yığma komandamız güclü Almaniya yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət millimiz isə yarışın əsas favoritlərindən biri hesab olunan qonşu Gürcüstan yığması ilə qarşılaşacaq. 
Qeyd edək ki, Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.
Çempionat noyabrın 21-dək davam edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss