SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İlin adamı: Əlirza Firuzca

Şahmat dünyasında 2021-ci il sössüz ki, Əlirza Firuzcanın ili kimi yadda qalacaq.
 
   Fransanı təmsil edən 18 yaşlı fars əsilli şahmatçı bu il ərzində fantastik uğurlara imza atıb. Ən yadda qalan uğurları isə sössüz ki, Latviyanın paytaxtı Riqa şəhərində keçirilmiş "Grand Swiss 2021"-in qalibi olmaqla "İddiaçılar turnirinə" vəsiqə qazanması və noyabrın 21-də başa çatan komandalar arasında Avropa Çempionatında Fransa yığmasının heyətində göstərdiyi fantastik performansını qeyd etmək olar. Avropa Çempionatında Fransaya gümüş, ən yaxşı birinci taxta kimi isə özünə qızıl medal gətirən Firuzca turnir boyu ELO reytinqini 33.8 punkt artıraraq 2803.8-ə çatdırmağa bacardı. Bu nəticə Əlirza Firuzcanın adını şahmat tarixinə qızıl hərflərlə yazdırdı. Çünki indiyədək heç bir şahmatçı 18 yaşında 2800 həddini keçə bilməmişdir. Nə Karlsen, nə Kasparov nə də ki, Fişer. Bunu ilk Əlirza bacardı. 

 Onu da qeyd edək ki, 2020-ci ildə İran vətəndaşlığından imtina edən Əlirza və onun ailəsini daimi yaşamaq üçün Fransaya köçüb. Onlara bu məsələdə Fransada yaşayan qrossmeysterimiz Namiq Quliyev kömək edib. Və Namiq Quliyev elə indiyədək Firuzca ailəsi ilə sıx əlaqədədir və Əlirzanın məşqçilər korpusunda da yer alır. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss