SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rapid və Blitz üzrə Dünya Çempionatında Kral Salman və Yeseninin izi

     Böyük maraqla gözlənilən yarış dekabrın 25-dən 31-dək Rusiyanın Sankt-Petarburq şəhərində keçiriləcək. Söhbət təbii ki, Rapid və Blitz üzrə Dünya Çempionatından gedir. Dünyanın ən güclü şahmatçıların qatılacacağı yarış, son illər də olduğu kimi, yenidən Səudiyə Ərəbistanın məhrum Kralı olan Kral Salmanın adını daşıyacaq. Buna səbəb isə, FİDE-nin əvvəlki rəhbərliyinin  Səudiyyə Ərəbistanı ilə imzaladığı müqavilənin hələ də qüvvədə qalmasıdır. Məhz buna görə Dünya birinciliyinin Rusiyada keçirilməsniə baxmayaraq, yarış "King Salman World Cup" adlanacaq. Bu amilə görə yarışın maliyə tərəfi də məhz Səudiyə Ərəbistanı tərəfindən qarşılanacaq. Dünya birinciliyi Sankt-Peterburqun Mərkəzi Sərgi salonu olan "Manej"-də keçiriləcək. Çempionatla bağlı digər maraqlı fakt isə ondan ibarətdir ki, yarışın rəsmi mehmanxanası "Angleter" otelin olmasıdır. 19-cu əsrdə inşa olunan mehmanxananın adı, orada baş verən tarixi hadisə ilə tanınır. Məhz bu otelin 5-ci nömrəsində,1925-ci ili dekabrın 25 də məşhur rus şairi Sergey Yesenin ölü tapılmışdır. Yesenin "Əlvida ey dosum" adlı son şeirini də məhz bu oteldə yazmışdır. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss