SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmat Klubunda 1-ci dərəcə turniri (Fotolar)

Bu gün Respublika Şahmat Klubunda I-ci dərəcə uğrunda şahmat yarışlarına start verilmışdir. 2001 – 2011-ci il təvəllüdlü (17 yaşadək) oğlanlar və qızlar arasında yarış A və B qruplarında keçirilir. A turnirində 51 nəfər (onlardan 14 nəfəri qızdır), B turnirində 50 nəfər (onlardan 6 nəfəri qızlardır) iştirak edir. İdmançılar 3 №-li RİOEUGİŞM, 4 №-li İOEUGİŞM, HİRŞDK, Elfim ŞM, Sərhədçi İOM, V.H.Ş.A., Neftçi İK İB, "Ağ At" ŞK, "Ağ Top" ŞK, Şahklub ŞK, Yasamal ME, Xəzər Univ. ŞA və Respublika Şahmat Klubunu təmsil edirlər.
Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. Yarışlar İsveçrə sistemi üzrə keçirilir. II dərəcəli şahmatçılar arasında keçirilən yarışlarda I dərəcə norması 9 oyundan 7 xaldır.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss