SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Belə getsə çətin ki, 2020-də Final matçına çıxım !

Bu yaxınlarda növbəti dəfə Dünya Çempionu titulunu qorumuş norveçli Maqnus Karlsen,yerli NRK.no saytına  olduqca maraqlı müsahibə verib.
Yenidən Dünya Çempionu oldun. Özünü necə hiss edirsən? 
- Titulu qorumağım sevindiricidir. Amma hazırda psixoloji durumum istənilən səviyyədə deyil. Çox yorulmuşam və motivasiya ilə bağlı problemlər yaşayıram.  Özümü bərpa etməyə çalışıram. Yaxşı ki,buna vaxtım da var. Növbəti iki ildə titula sahib olmağım,mənə daha rahat çalışmaq üçün vaxt qazandırıb.
Amma bu qədər uğur motivasiyasız mümkündürmü?
- Problem orasındadır ki,son 1-2 ildə fantastik oyun göstərə bilmirəm.Hal hazırda bildiyim oyunu oynayıram və qazanıram. Amma mən daha də inkişaf etmək istəyirəm,daha da irəli getməliyəm.İndiki şəraitdə qabağa getmək üçün tam gücümlə çalışa bilmirəm. Öz potensialımı tam aça bilmirəm.
Bu durumun sənə təhlükə yaratmır ki ?
  
- Buna tam dəqiq cavab verə bilmirəm. Ümumiyyətlə belə getsə çətin ki, 2020-də Final matçına çıxım. İndiki qaydalar çox darıxdırıcı və sıxıcıdır.Nəsə yenilik olmalıdır. Yenilikər qaçılmazdır. Finalda oynamaq çox ağır gəlir adama. İlk baxışdan cəlbedicidi görünən final matçı,əslində psixoloji çox ağır. Şahmatdan zövq almaq üçün oynamaq lazımdır. Oyunlar şən keçməlidir. Amma belə yükləmələr olanda oyundan zövq almaq olmur. Son zamanlar taxta arxasında bu hissi yaşaya bilmirəm.   
Qazandığın uğurlar səni sevindirmir ?
- İlk dəfə Dünya çempionu olanda maraqlı idi. Amma müəyyən səviyəyə çatdıqdan sonra bu vəziyyət adamı sıxmağa başlayır. Rahat oynamaq olmur. Finalda rahat və şən oyun isə titulun itirilməsinə gətirib çıxara bilər.
Maqnusun bu sözlərini NRK saytının şahmat eksperti olan Torsten Bae də şərh edib. "Bu açıqlamalar çox sensiyalı bir açıqlamalardır. Final matçını uzun olması, hətta Maqnus kimi şahmatçıları çox yorurmuş. Bu isə o deməkdir ki,sistemdə dəyişikliklər qaçılmazdır. Maqnus haqlıdır ,amma onun final matçlarının formatında dəyişiklik edilməsi təklifi, cəmiyyətdə özünə daha çox sərf edən variantın seçilməsi kimi qarşılana bilər.Hammıya məlumdur ki Maqnus tez şahmatda ümumiyyətlə qarşısıalınmazdı. Amma fikrimcə istənilən halda sistemdə dəyişiklik olmalıdır."
Final matçından sonra Karlsen Oslodakı evində bir neçə gün keçirib. Dostları ilə görüşən Maqnus final sonrası yorğunluğundan yavaş yavaş çıxmağa başlayıb. 
  İndi özünü necə hiss edirsən?
- Finaldan sonrakı yorğunluq yavaş yavaş gedir. Motivasiya ilə bağlı problemlərim hələ də var. İndi onları həll etməyə çalışıram.
Bu sözlərindən sonra biz səndə nə gözləyək? Turnirlərdə çıxış etməyi planlaşdırırsan ?
- Dünya Çempionu uğrunda oynayan zaman dəhşətli günlər yaşamışam. Turnirlər final matçlarına nisbətən daha rahat atmosferdə keçir. Ona görə də turnirlərdə iştirak edəcəm.Bundan sonra da məni turnirlərdə görəcəksiz.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss