SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Geyiminə fikir ver ! FİDE-dən şahmatçılara ciddi xəbərdarlıq


Sabah Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək Rapid və Blitz üzrə Dünya Çempionatı ərəfəsində təşkilatçılar tərəfindən çox maraqlı bir addım atılıb. Belə ki, sözü gedən çempionatda FİDE reqlamentinin 4.10.1 maddəsi qüvvədə olacaq.


CHESS.az  xəbər verir ki, bu barədə ali şahmat qurumunun rəsmi internet səhifəsində məlumat verilib.  Bu yeni bir maddə olmasa da, onun belə böyük bir yarışda tətbiq olunmasını kimsə xatırlamır. Maddədə yarış iştirakçılarının mütləq gündəlik ciddi geyimdə olmaları qeyd olunur. Kişilər, səliqəli köynək,şalvar,gödəkcə və ya pencəkdə , qadınlar isə,yaxalı köynək və ya bluz,gödəkcə,pəncək,şalvar,ətək və don geyinə bilərlər.


Birincilikdə dress koda hakimlər tərəfindən ciddi şəkildə nəzarət olunacaq. Oyun zonasına cins şalvar,şort,idman köynəkləri və idman ayaqqabısı geyinən şahmatçılar buraxılmayacaq. İndidən bəllidir ki, bu qərar şahmatçılar tərəfindən də birmənalı qarşılanmayacaq. Xüsusilə son illər dünyada bir çox şahmatçı məhz sərbəst və idman geyimlərinə üstünlük verirlər. Oyunlara milli geyimdə qatılmaq istəyən şahmatçılar isə əvvəlcədən təşkilat komitəsinə müraciət etməlidirlər.



Aida İSAQ

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss