SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarov ilin idmançısı oldu

Dekabrın 26-da Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. 

Chess.az  xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Azərbaycanın bu il müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyi və idmançıların fərqli ölkələrdə təşkil edilən turnirlərdə fəxri kürsüyə yüksəldikləri vurğulanıb.


Daha sonra ,prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunub. Mükafatları A.Rəhimov və Ç.Hüseynzadə ilə yanaşı, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, eləcə də idman ictimaiyyətinin tanınmış simaları təqdim ediblər.


"İlin idmançısı" nominasiyasının qalibi adına layiq görülmüş 10 nəfər arasında şahmatçı Şəhriyar Məmmədyarovun da adı yer alıb. 


Digər qaliblərin adlarını təqdim edirik :


Ağayev Rafael (Karate) - Avropa çempionu ,Dünya çempionatının mükafatçısı 

Əzizli Eldəniz (Yunan-Roma güləşi) - Dünya və Avropa çempionu

Həsənov Cəbrayıl (Sərbəst güləş)  - Dünya və Avropa çemp. mükafatçısı

İsayev Radik(Taekvando)  - Avropa çempionu və Dünya Kubokunun

Heydərov Hidayət (Cüdo) - Dünya və Avropa çemp. mükafatçısı

Məmmədyarov Şəhriyar (Şahmat) - Dünya reytinqində 3-cü yerin sahibi

Əliyev Elxan (Kikboksinq) - Avropa çempionatının mükafatçısı

Malkin Mixail (Tamblinq) - Avropa çempionu

Həsənov Pərviz (Dama) -Gözdən əlillər arasında Dünya və Avropa çempionu

Mustafayev Bayram  (Paracüdo)  - Dünya çempionu



Aida İSAQ

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss