SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarov Dünya ikincisi oldu !

Rusiyanın  Sankt-Peterburq şəhərində Rapid üzrə Dünya Çempionatı başa çatdı

Chess.az xəbər verir ki,sonuncu tura qədər davam edən gərgin mübarizənin sonunda ,Çempion adını gənc rusiyalı şahmatçı Daniil Dubov qazandı. Həmyerlimiz Şəhriyar Məmmədyarov son turda məhz Dubovla etdiyi heç-heçə sayəsində çempionluğu əldən verərək 2-ci oldu. Fəxri kürsünün 3-cü pilləsinə amerikalı qrossmeyster Hikaru Nakamura qalxdı.

 Digər təmsilçilərimiz Qədir Hüseynov 37-ci,Rauf Məmmədov isə 77-ci oldular.

  Qadınların mübarizəsində vəziyət biraz fərqli oldu. İlk turlardan liderliyə yiyələnən çinli Yu Venyun üstünlüyünü sona qədər davam etdirərək Dünya  Çempionu adını qazandı. İkinci pilləni iranlı Sarasadat Xademakşariye ,üçüncü isə rusiyalı Aleksandra Qoryaçkina tutublar. Təmsilçilərimiz  Gülnar Məmmədovanı 18-ci, Günay Məmmədzadə 39-cu, Zeynəb Məmmədyarova 76-cı,Türkan Məmmədyarova isə 79-cu olublar.

Qeyd edək ki,sabah Sankt-Peterburqda Blitz üzrə Dünya Çempionatı başlayacaq. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss