SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ilin son titulunu Maqnus Karlsen qazandı

Rusiyanın  Sankt-Peterburq şəhərində 2018-ci ilin son böyük yarışı olan, Blitz üzrə Dünya Çempionatı başa çatdı

Chess.az xəbər verir ki, kişilərin yarışında Dünya Çempionu adını norveçli Maqnus Karlsen qazandı. Rapid yarışında ilk turlarda sərgilədiyi inamsız oyun Karlseni medalsız qoysa da, Blitzdə onu dayandıran tapılmadı. Keçirdiyi 21 oyunda bir dəfə də məğlub olmayan Maqnus, yekunda 17 xalla 1-ci pillənin sahibi oldu. 2-ci yeri 16.5 xalla polşalı Yan-Kşıştof Duda tutub,3-cü yerin sahibi isə 14.5 xalla amerikalı Xikaru Nakamura oldu. Təmsilçilərimiz Şəhriyar Məmmədyariv 13.5 xalla 13-cü, aktivində 12.5 xalı olan Rauf Məmmədov 32-ci, Qədir Hüseynov isə 12 xalla 49-cu yerləri tutublar.

Qadınların yarışında çempionluğu rusiyalı Yekaterina Laqno bayram etdi. 2-ci yeri Rapiddə də olduğu kimi yenə də iranlı Sarasadat Xademalşariye tutdu. Üçüncü pillənin sahibi isə çinli Ley Tinji oldu. Qızlarımızdan Zeynəb Məmmədyarova 11 xalla yarışı 10-cu pillədə bitirdi ,Gülnar Məmmədova 10.5 xalla 23-cü, Günay Məmmədzadə 10 xalla 25-ci,eyni xala sahib olan Türkan Məmmədyarova isə 27-ci olublar. 

Qeyd edəki Rapid və Blitz üzrə Dünya Çempionatından Azərbaycan şahmatçıları vətənə bir medalla dönürlər. Şahmatın Rapid növündə keçirilən Dünya birinciliyində Şəhriyar Məmmədyarov gümüş medalın sahibi olub. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss