SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bakı "World Team Chess Championship 2019" keçirməyə namizəd olacaqmı ?

Beynəlxalq ŞahmatFederasiyası (FIDE) cari ilin martın 3-dən 14-dək Kişilər və Qadınlar arasında Komanda Dünya Çempionatlarını keçirmək üçün açıq tender elan edib.

Çempionata ev sahiblik etmək istəyən ölkələr yanvarın 24-dək FİDE-yə rəsmi müraciət etməlidirlər.Eyni zamanda, bir ölkə yalnız çempionatlardan birini keçirə bilər . Kişilər arasında DÇ tarixi dəyişməz olaraq qalsa da, qadınların yarışınının tarixləri isə tenderdə qalib gələn təşkilatçı ölkə ilə razılaşdırıldıqdan sonra məlum olacaq .İndiyədək kişilərdə 11, qadınlarda isə 6 dəfə keçirilən Dünya Çempionatlarına 4 dəfə İsveçrə ,hərəsinə 3 dəfə olmaqla Rusiya ,Çin və Türkiyə ,2 dəfə Ermənistan, qalan ikisinə isə İsrail və Qazaxstan ev sahibliyi etmişdir.

Son illər ölkəmizdə keçirilən böyük idman yarışları, həmçinin Dünya Şahmat Olimpiadasına və şahmat üzrə Dünya kuboku yarışlarına ev sahiblik etməyimiz belə bir mötəbər yarışı qəbul etməyə imkan verir. FİDE-nin yeni prezidenti Arkadiy Dvorkoviç ötən ilin sonunda Bakıya səfəri zamanı prezident İlham Əliyevlə məhz  Azərbaycanla FİDE-nin arasında əməkdaşlıq perspektivlərini ,ölkəmizin şahmat aləmində fəal iştirakını müzakirə etmişdilər. Chess.az-ın Şahmat Fedearsiyasına ünvanladığı suala cavab olaraq ,qurumun rəsmisi Fikrət Südeyifzadə hazırda bu məsələnin gündəmdə olmadığını bildirib : "Hər iki yığmamız təbii ki, DÇ-da iştirak edəcək. Amma builki Dünya Çempionatına ev sahiblik etmək kimi məsələ gündəmdə deyil". 

Qeyd edək ki, yanvarın 24-də sənəd qəbulu başa çatdıqdan sonra hansı ölkələrin DÇ-nın keçirilməsinə namizəd olduqları məlum olacaq.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss