SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Respublika Şahmat Olimpiadası Qubada keçiriləcək . 2019-cu il üçün tədbirlər planı təsdiqlənib.

Azərbaycan Şahmat Federasiyası 2019-cu il üçün tədbirlər planını açıqlayıb.

Chess.az  xəbər verir ki,  Federasiya prezidenti ,Təhsil, Gənclər və İdman nazirlərinin də imzaladığı əsasnamədə , böyüklər və müxtəlif yaş qrupları üzrə ölkə çempionatları ,Beynəlxalq şahmat festivalları və  digər respublika əhəmiyyətli yarışlar öz əksini tapıb. İlin ilk böyük yarışı 15-26 yanvar tarixlərində keçiriləcək kişilər arasında Azərbaycan çempionatı olacaq. Qadınların çempionatının keçirilməsi isə 5-15 mart tarixlərində nəzərdə tutulub. 

Bundan əlavə, ölkəmizdə ənənəvi keçirilən "Naxçıvan Open" və "Baku Open" Beynəlxalq şahmat festivalları da bu il uyğun olaraq may və sentyabr aylarında keçirilməsi nəzərdə tutulur. 28 may günü Rapid üzrə ölkə çempionatının, iyulun 20-də isə Blitz üzrə ölkə birinciliyinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda 16 yaşadək uşaqlar arasında Respublika Şahmat Olimpiadasının keçiriləcəyi yer və tarix məlub olub. Beləliklə, builki Olimpiada 12-23 iyul tarixlərində Quba şəhərində keçiriləcək.  

2019-cu ilin tədbirlər planı ilə daha ətraflı burada tanış ola bilərsiniz.2019-asasnama-acf.pdf [107,15 Kb] (Yüklənilib: 125)

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss