SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmatçılarımıza İddiaçılar turnirinə düşmək üçün yeni bir şans

   FIDE Dünya Çempionu adı uğrunda matçda iştirak etmək üçün keçirilən İddiaçılar Turnirinə vəsiqə almaq istəyən şahmatçılara əlavə şans yaradıb. Belə ki, əvəllər illik reytinqə görə 2 şahmatçı İddiaçılar turnirinə vəsiqə qazanırdısa (hazırda bu vəsiqələrə  Məmmədyarov və Dinq Liren iddialıdırlar) , bu ildən FİDE bu vəsiqələrin sayını 1-ə endirdi. Boş qalan  digər vəsiqə uğrunda isə böyük bir turnir təşkil olunacaq. Turnir "Grand Swiss 2019" adlanacaq.

Chess.az xəbər verir ki, ilin ikinci yarısında keçirilməsi planlaşdırılan yarışın yeri və dəqiq tarixləri hələki məlum deyil. İsveçrə sistemi ilə 11 turdan ibarət olacaq turnirdə ümumilikdə 105 şahmatçı mübarizə aparacaq.  Yarışda, 2018-ci ilin iyunundan 2019-cu ilin iyun ayının 1-dək hesablanacaq orta reytinqəgörə ilk 100 şahmatçı , qadınlar arasında ,20 yaşadək yeniyetmələr , 50+ yaş və 65+ yaş kateqoriyalarında Dünya Çempionuadını daşıyanlar iştirak edəcəklər. Turnirdə iştirak edəcək 105-ci şahmatçının adını isə FİDE özü müəyyən edəcək.

Beləliklə 105 şahmatçının qatılacağı yarışdan yalnız 1 nəfər İddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu amil , indidən yarışın necə gərgin və maraqlı keçəcəyindən xəbər verir. Hazırki reytinq cədvəlinə nəzər salsaq  6 azərbaycanlı şahmatçı bu turnirdə iştirak etmək haqqını özündə saxlayır. Bunlar  Şəhriyar Məmmədyarov,Teymur Rəcəbov ,Arkadiy Naydiç, Rauf Məmmədov,Eltac Səfərli  və Qədir Hüseynovdur. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2019-cu il ərzində Dünya üçüncülüyünü özündə saxlaya bilsə,digər turnirlərin nəticəsində asılı olmayaraq İddiaçılar turnirinə birbaşa vəsiqə qazanacaq. 

"Grand Swiss 2019"-un mükafat fondu isə minimum 400 000 ABŞ dolları təşkil edəcək. Qalib qələn şahmatçı ,İddiaçılar turnirinə vəsiqədən əlavə 70 000 dollar mükafat da alacaq. Ümumilikdə isə ilk 30 yeri tutan şahmatçılar pul mükafatını qazanacaqlar. 

Qeyd edək ki 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinin bir iştirakçısı artıq məlumdur. Həmin şəxs Dünya Çempionu adı uğrunda ötənilki final matçının iştirakçısı olan amerikalı Fabiano Karuanadır. FİDE-nin qaydalarına uyğun olaraq son final matçında məğlub olan şahmatçı ,növbəti İddiaçılar turnirinə birabaşa iştirak etmək hüququnu qazanır.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss