SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

12 yaş 7 ay 17 gün ! (FOTO)

Hindistanın paytaxtı Deli şəhərində keçirilən ənənəvi “Deli Open” yarışında tarixi nəticə qeydə alınıb. Belə ki, turnirdə iştirak edən hindistanlı gənc istedad Qukeş , yarışın sonuna bir tur qalmış qrossmeyster adına yiyələnməyi bacardı.  

Chess.az  xəbər verir ki, Qukeşin cəmi 12 yaş 7 ay və 17 günü var !!! Qukeş bu göstərici ilə dünya şahmat tarixində ikinci ən gənc qrossmeyster adını qazanan şahmatçı oldu. Dünyanın ən gənc qrossmeyster ünvanını isə, hələ də rusiyalı Sergey Karyakin daşıyır. Karyakin qrossmeyster olanda onun cəmi 12 yaş 7 ayı var idi. Göründüyü kimi Qukeşin ən gənc olmasına cəmi 18 günü çatmadı. Üçüncü yerdə isə ötən ilin sonunda qrossmeyster adının 12 yaş 10 ayında qazanan özbək vubnderkind Cavohir Sindarov qərarlaşıb. Qeyd edək ki, hazırki dünya çempionu norveçli Maqns Karlsen qrossmeyster adını 13 yaş 4 ay 27 günlük olanda qazanmışdı. Bir çox şahmat mütəxəssisi Qukeşi və Sindarovu dünya şahmatının gələcək ulduzları hesab edirlər. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss