SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sarasadat Xademalşariye : "Onu məğlub edə bildiyim üçün xoşbəxtəm"

Yeni il ərəfəsində Rusiyanın Sankt-Peterburq şəhərində başa çatan Rapid və Blitz üzrə Dünya Çempionatının ən böyük tapıntısı sözsüz ki , iranlı xanım şahmatçı Sarasadat Xademalşariye oldu.  Həm Rapid həm Blitz turnirində Dünya ikincisi olan Sarasadat , ümumi hesabda yarışı  1-ci pillədə bitirdi. 

Chess.az 21 yaşlı xanım şahmatçının Rusiyanın məşhur "İzvestiya" nəşrinə müsahibəsini təqdim edir :


— Sizi çempionatın gümüş medalları münasibətilə təbrik edirik. Karyera və ölkənin ən önəmli nailiyyətini qazanmaq necə bir hissdir?


— İlk dəfədir ki ,İran böyüklər arasında keçirilən dünya çempionatlarında medal qazanıb. Düzdür, gənclər və yeniyetmələr arasında medallarımız olsa da, bu nailiyyət  böyüklər arasında qazanılan ilk idi.  Bunu ilk mən bacardığım üçün çox xoşbəxtəm.

— Sizcə bu nəticə İranda şahmatın inkişafı üçün təkan ola biləcəkmi?


— Mən bir neçə il əvvəl dördünücü yer tutmuşdum. Amma hər zaman medal qazanmaq arzusunda idim. İndi daha da irəli baxmaq lazımdır. Əminəm ki, bizim şahmatçılar da hər şeyin öz əllərində olduğunu anlayacaqlar və nəticələrini yaxşılaşdıracaqlar. 

— Hazırda çinli Yu Venyun Dünya Çempionu adını daşıyır. O həqiqətən də hamıdan güclüdür?


— Venyun qatıldığı bütün yarışlarda favorit qismində çıxış edir. Və həmin turnirlərdə çox inamlı mübarizə aparır. O ,bu il həm Klasik həm Rapid üzrə Dünya çempionu oldu. Hazırda o hamıdan güclüdür. Amma heç kim onu məğlubedilməz hesab etmir. Ən azından Muzıçyuk bacıları dəqiq belə düşünmürlər.


—Hazırda qadın şahmatına çinlilər diqtə edir deyə bilərik ?


— Bəli ,onlar çox güclüdürlər.

Bəs kişilər ? Onlar qadınlardan geri qalırlıar ?

— Düşünmürəm ki geri qalırlar. Məslən Çinin kişilər yığması 2014 və 2018 şahmat Olimpiadalarının qalibidir. Bu da onların real gücünün göstəricisidir. Şəxsi yarışlarda təbii ki, biraz çətinlik çəkirlər, çünki orada Maqnus Karlsen var. Amma istənilən halda Çin şahmatı son 5 ildə çox inkişaf edib. Bu faktdır. 


— Dünya Çempionatında bir neçə rusiyalı şahmatçı iştirak edirdi. Aleksandra Qoryaçkina Rapid yarışında üçüncü, Yekaterina Laqno isə Blitz üzrə dünya çempionu oldu. Rusiyalı şahmatçıların oyununu necə qiymətləndirirsiniz ?


— Heç kimə sirr deyil ki, Rusiya şahmat məktəbi dünyadın ən güclü məktəbidir. Qoryaçkina bütün yaş qruplarında həmişə rəqibim olub. Bizim 12 yaşımız olanda mən bir yarışda 1-ci, o isə 3-cü oldu. O vaxtdan bəri o öz üzərində çox işləyib. Mən hətta onu özümdən də güclü hesab edirəm. 

Bibisara Asaubayevanı da qeyd etmək istərdim. Onunla Sankt-Peterburqda ikinci turda qarşılaşmışdım. Çox istedadlı və perspektivli qızdı. Əminəm ki, onun da parlaq gələcəyi olacaq.

— Turnirdə hansı oyun ən yaddaqalan oldu?


— Rapid və Blitzdə keyfiyyət barədə danışmaq çətindir. Amma Aleksdandra Kostenyuka qarşı oyunu xüsusi qeyd edərdim. Mən uşaq olanda o mənim üçün əfsanə idi. Kostenyuk hər zaman kumirim olub və onu məğlub edə bildiyim üçün xoşbəxtəm.

— Bu sizin arzunuz idi ?


— Bəli 


— Bir arzunuz yerinə yetdi ,növbəti arzunuz nə olacaq ?


— Tezliklə reytinqimi 2500-ə çatdırıb,qadınlar arasın TOP-20-yə düşmək istəyirəm.


— Bu reytinqdi . Bəs qələbələr barədə?


— Təbii ki, bütün şahmatçılar Dünya Çempionu olmaq istəyir. Mən də istisna deyiləm.

— Növbəti dünya çempionatı nokaut sistemi ilə yox, kişilərdə olduğu kimi İddiaçılar turnirndən seçmələrlə keçiriləcək. Bu dəyişikliyi necə qiymətləndirirsiniz?


— Məncə bu sistem daha yaxşıdır. Nokaut sisteminin öz çatışmamazlığı var. Güclü şahmatçılar artıq ilk raundlarda məğlub olurdu. Mən özüm də iki əvvəl bu sistemlə oynamışam və bu sistem oyunçuya çox böyük stress yaradır. Çox ağırdır. 


— İran şahmatı barədə məlumatımız çox azdır. Bizə bu barədə biraz məlumat verə bilərsiniz? 


— Kişi şahmatında son illər böyük uğurlar əldə etmişik. 20 yaşadək 3 oyunçumuzun 2600-dan çox reytinqi var. İran yeniyetmə və gənclərin şahmatı dünyada hazırda ən güclüdür desəm yanılmaram. Onu da qeyd etmək lazımdır ki, şahmatın inkişafı böyük dövlət dəstəyi tələb olunur. Problemlər də var. Məsələn bizdə güclü məşqçi çatışmır ,buna diqqət yetirmək lazımdır. Qadın şahmatı isə hələ ki, kişilərdə olduğu qədər güclü deyil.


— Deyə bilərik ki, siz hazırda İranın ən güclqü qadın şahmatçısısınız ?


— Reytinqə baxsaq bəli. Problem orasındadır ki, bizdə yüksək reytinqə malik çox az sayda gənc xanım şahmatçı var. Amma mən əminəm ki, yaxın illərdə qadın şahmatçılarımız da çox inkişaf edəcək.

— Yeni rəhbəri ilə FİDE nin gələcəyini necə görürsüz?


Bundan sonra nə olacağından asılı olmayaraq söyləmək olar ki, Arkadiy Dvorkoviç hər şeyi düz edir. Şahmatda hər şey yaxşı tərəfə dəyişməyə başlayıb.


Timur Qaneyev ("Izvestiya" qəzeti")


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss