SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Artemyev "Gibraltar Chess 2019"-un qalibi oldu

(Foto : Niki Riga)


Bu gün Cəbəllütariqdə keçirilən 17-ci "Gibraltar Masters" şahmat turniri başa çatdı.

Chess.az xəbər verir ki , keçirilən sonuncu tur oyunları çərçivəsində təmsilçilərimiz Rauf Məmmədov ukraynalı Anna Muzıçyuk üzərində qələbə qazandı, Arkadiy Naydiç isə gözlənilmədən ispan David Guijarroya məğlub oldu. Yekun cədvəldə Rauf Məmmədov yarışı 7 xalla 18-ci, Arkadiy Naydiç isə 6.5 xalla 41-ci bitirdi. Turnirdə qələbəni isə gənc rusiyalı qrossmeyster Vladislav Artemyev bayram etdi. Vladislav keçirdiyi 10 oyunda heç birində məğlub olmayaraq və mümükün 10 xaldan 8.5 xalla yığmağla yarışın qalibi adını qazandı. İkinci pillənin sahibi hindistanlı Murali Karthikeyan ,üçüncü isə yarışda təmsil olunan başqa bir rusiyalı şahmatçı Nikiti Vitiuqov oldu. Qeyd edək ki , bu qələbə gənc Artemyeva 25 000 İngiltərə Funt Sterlinqi qazandırdı. 

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur




          скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss