SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Qran-Pri 2019" seriyasının keçiriləcəyi tarixlər açıqlandı

FIDE və "World Chess" şirkəti 2019-cu il Qran-Pri seriyasında iştirak edəcək şahmatçıların adlarını və keçiriləcək tarixləri açıqladı.


Formatında bəzi dəyişikliklər olunan seriya ,əvvəlki kimi dörd mərhələdən ibarət olacaq:


1-ci mərhələ :  16-30 may;

2-ci mərhələ :  11-25 iyul;

3-cü mərhələ:   4-18 noyabr;

4-cü mərhələ: 10-24 dekabr.


Seriyanın sonunda ümumi hesabda ilk iki yeri tutan şahmatçılar İddiaçılar turnirində iştirak etmək hüququnu qazanacaqlar. Keçiriləcək yarışların hər birinin mükafat fondu isə 130 000 avro təşkil edəcək. Bundan əlavə dörd mərhələnin sonunda ən yaxşı nəticə göstərən şahmatçı əlavə olaraq 280 000 avro məbləğində mükafat alacaq. 

Bu il keçiriləcək Qran-Pri seriyasında 20 şahmatçı iştirak edəcək. Onu da qeyd edək ki ,hər şahmatçı keçiriləcək dörd mərhələdən yalnız üçündə iştirak edə biləcək. Təmsilçilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov builki seriayaya dəvət alanlar sırasındadır. Bundan əlavə, FİDE-nin dərc etdiyi 12 nəfəlik rezerv siyahıda şahmatçımız Arkadiy Naydiç da yer alır. Xatıraladaq ki ,2017-ci ildə keçirilən sonuncu Qaran Pri seriyasının qalibi qrossmeysterimiz Şəhriyar Məmmədyarov olmuşdur. Digər təmsilçimiz Teymur Rəcəbov isə üçüncü olmuşdur.






 











© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunurскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss