SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

12-ci tur : Şəhriyar "Qara zolağ"-dan çıxa biləcəkmi ?

Bu gün Veyk-an-Zee superturnirinin 12-ci turun oyunları keçiriləcək. 

Chess.az  xəbər verir ki , bu gün keçiriləcək tur çərçivəsində şahmat azarkeşləri Azərbaycan-Hollandiya qarşıdurmasınıizləyəcək. Həmyerlilərimiz Teymur Rəcəbov yarışın liderlərində olan holland Aniş Giri ilə qarşılaşacaq ,Şəhriyar Məmmədyarov isə digər holland Yordin Van Forestlə qarşılaşacaq. Şəhriyar Məmmədyarov hal hazırda ideal formasından çox uzaqdı və davam edən turnirdə qələbə qazanmayan yeganə şahmatçı ünvanını daşıyır. Şəhriyar keçirdiyi 11 oyundan 8-ni heç-heçə başa vurub, üç dəfə isə məğlub olub. Onu da qeyd edək ki, Şəhriyar 2018-ci il ərzində şahmatın klassik növündə keçirdiyi 79 oyundan cəmi 5 dəfə məğlub olmuşdursa ,2019-cu ildə oynadığı ilk 11 partiyada 3 məğlubiyyət aldı !!! Bu göstərici Şəhriyarın "Qara  zolağa" düşdüyünü göstərir. Bu zolağdan çıxmaq üçün Məmmədyarova bugünkü oyunda qələbə qazanmaq çox vacibdir. Bütün şahmatçıların karyerasında belə hallar olur ,və qazanılan istənilən qələbə psixolji baxımnan şahmatçılar üçün çox vacibdiri.Təssüf ki , bu uğursuzluq dünya reytinq sıralamasında da təsirsiz ötüşmədi. Hollandiyada reytinqindən 23 punkt itirən Şəhriyar , nəinki Dünya üçüncüsü ünvanının Dinq Lirenə təhvil verib ,hətta  Aniş Girini də özündən qabağa buraxaraq hazırda reytinq sıralamasında 5-ci pilləyə enib. 







© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


16:30 :12-Cİ TUR (CANLI)
16:30 :VİDEOYAYIM


11 TURDAN SONRA TURNİR CƏDVƏLİ :


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss