SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Uşağınızı şahmatçı etmək istəyirsiniz?

@Aida İsaq

Şahmatın uşaqlara xeyri və ziyanı.

Tez-tez sual olunur - şahmat idman növü hesab edilirmi?

Bəli ! Bu oyuna daha qlobal nəzər yetirsəz anlayacaqsınız ki, bu çox maraqlı və mübarizə ilə dolu bir idman növüdür.Şahmat futbol və ya basketbol kimi azart oyundur. Eyni zamanda burada da  rəqabətlik var. Hətta şahmatda olan rəqabət hissi komanda idman növlərində olan rəqabət hissindən dəfələrlə yüksəkdir. Digər idman növlərindən onu fərqləndirən bircə məqam odur ki ,burada daha çox fiziki yox, intellektual gücün tələb olunmasıdır.

Şahmat uşaqlara xeyirlidirmi ?

Bu mövzuda müxtəlif fikirlər yürüdülür. Bəzi ekspertlər şahmatı xeyirli, bəziləri isə ziyanlı olduğunu hesab edirlər. Əslində hər iki tərəfi haqlı hesab etmək olar. Hər bir idman növündə olduğu kimi şahmatın da xeyirli və ziyanlı tərəfləri var. 

Amma şahmatla ziyansız da məşğul olmaq olar. Sadəcə yazıda olan bəzi məqamlara diqqət yetirməyiniz kifayətdir.Onu da unutmayın ki, şahmat həm də ən təhlükəsiz idman növüdür.

Şahmatın uşaqlara zərərəli tərəfləri hansılardır?

Oyun ərzində şahmatçılar vaxtının 80 %-ni oturaq vəziyətdə keçirirlər. Nəzərə alsaq ki, bir şahmat partiyası orta hesabla 3-4 saat davam edir (bəzi hallarda daha da artıq), əlbəttə ki ,bu vəziyyət yeniyetmə oyunçunun fiziki inkişafını ləngidən amildir. Şahmatla məşğul olan uşaq, mütləq şəkildə yarış və məşqlərdən boş olan vaxtlarında hərəkətli oyunlar və açıq havada gəzməklə fiziki passivliyi kompensassiya etməlidir.Hətta yarışlar və məşqlər zamanı da arabir ayağa qalxaraq,yüngül fiziki hərəkətlər etmək məsləhət görülür.

  • Oyun zamanı, uşaq oturuşunun kontrolunu itirir. Fikiri oyunda olan uşağın kürəyi əyilir və bəzən bunun fərqində olmur. Bu isə onun bel və fəqərə sümüyü xəstələklərinə gətirib çıxara bilər. Təsadüfi deyil ki, şahmatçılar arasında ən yayılmış xəstəlik skolioz hesab olunur. Bunun üçün də müəllimlər və valideynlər tərəfindən uşağa düz oturmağın qaydası öyrədilməlidir. 
  • Zehni gərginlik: şahmatçılar yarış zamanı məhz bu vəziyyətdə olurlar. Bu gərginlik əslində insan üçün elə də təhlükəli deyil,amma həddən artıq yükləmələr uşağı yora bilər. Bu isə halsızlığa gətirib çıxara bilər. 
  • Şahmatçı oyun vaxtı fiqurların taxta üzərində düzülüşünü və hərəkətlərini diqqətlə izləyir. Təbii ki,bir neçə saat diqqətlə fiqurlara baxmaq göz yorgunluğuna gətirib çıxarır.Oyundan sonra mütləq gözlərə istirahət vermək lazımdır. Oyunun bitməsindən sonra bir neçə saat televizor,kompyüter və hətta kitblardan uzaq olmaq məsləhətlidir.

Gördüyünüz kimi,sadaladığımız bu mənfi cəhətləri rahatlıqla aradan qaldırmaq olar.Sadəcə uşağın məşq prossesini və asudə vaxtlarını düzgün təşkil etmək lazımdır. Şahmatın bir neçə mənfi cəhətləri olsa da, şahmatdan imtina etmək doğru olmaz.

Şahmatın qazandırdığı üstünlüklər

  • Şahmatın köməkliyi ilə uşaq kiçik yaşlarından müstəqil qərar vermək kimi xüsusiyyətə yiyələnir. 
  • Bundan əlavə, uşaqlarda mövcud situasiyanı məntiqli qiymətləndirmək vərdişi də formalaşır. Təbii ki, bu bacarıqlar onun gələcəkdə bir şəxsiyyət kimi formallaşmasında mühüm rol oynayacaq.
  • Dəcəl uşaqlara şahmat kimi oyun oynamağı öyrətmək çox cətin olur. Amma əgər siz bunu bacarsanız, şahmat övladınızın xarakterini sürətlə müsbətə doğru dəyişəcək. Övladınız daha təmkinli ,daha sakit olmağa başlayacaq. 
  • Şahmatla məşğul olan uşaqlar vaxtlarını düzgün planlaşdırmağı,strateji düşüncə tərzi və qoyulan məqsədlərə çatmaq bacarığlarına malik olurlar. Bundan əlavə uşağın yaddaşı və riyazi hesablama bacarağı da digər uşaqlara nisbətən dahagüclü inkişaf edir.
  • İlk baxışdan darıxdırıcı kimi görsənən bu idman növü əslində uşaqları mübariz və döyüşkən olmağı öyrədir. Bu baxımnan şahmat, boks,cüdo və ya güləşdən heç də geri qalmır. Yeganə fərq isə yuxarıda da qeyd etdiyimiz kimi, fiziki yox ,intelektual gücdən daha çox istifadə olunmasıdır. Artıq ilk məşqlərdən uşaq anlayır ki, hər şey onun özündən asılıdır.

Nədən başlamaq lazımdır?

Şahmat idman növünün  təhlükəsiz olduğunu nəzərə alsaq məşqlərə çox erkən yaşlardan başlamaq olar. Şahmatla tanışlıq üçün ən optimal yaş həddi 3 yaşdır.Nədən başlamaq lazımdır? Axşamlar ailədaxili çempionatlar yoxsa birbaşa ixtisaslaşmış məktəbə üz tutmaq? 

Təcrübəli sahmatçılar uşaqlar üçün ilk addımlarını məhz evdə atılmasını daha məqsədəuyğun hesab edirlər. 3 yaşında uşaq məktəbə yazılarsa, mühit dəyişikliyi onu çaşdıra bilər,ailədaxili şahmat isə onu valideynlərinə daha da yaxınlaşdıracaq. Eyni zamanda şahmat oynayan atasını və anasını görən körpə bu oyuna daha böyük maraq göstərəcək.

Faydalı məsləhətlər :

  • Uşaq oyun qaydalarını anlamır ? Tələbkar olmayın. Zamanla uşaq qaydaları anlayacaq. Elementar şeylərdən başlayın. Birinci ayda uşaq fiqurları düzgün düzməyi oyrənsə bu artıq böyük uğur sayılacaq. 
  • Uşağın əhvalına fikir verin. Dərsinizi uşaq darıxmadan bitirməyi çalışın.
  • Dərs vaxtı 2 yaşlı uşaqla 20-30 dəqiqə , 3-4 yaşlı uşaqla isə maksimum 45 dəqiqədə olmalıdır.
  • Dərs zamanı mütləq 1-2 dəqiqəlik idman fasiləsi etmək məsləhətdir. 
  • Səhvlər üzərində çalışmalar. Bu dərs prosesinin ən vacib elementlərindən biridir. 
  • Övladınıza emosiyalarına hakim olmağı öyrədin. Şahmat sakit oyundur və çılğınlıq sevmir.
  • Sizə elə gəlir ki, uşaq sizi məğlub edə bilməyəcək və mümkün məğlubiyyət onu çox üzəcək.  Bilərəkdən uduzmayın ! Güclü oynayın ki, uşaq məğlub olmağı da bacarasın və daimi qələbəyə köklənə bilsin. O ilk dəfə sizi məğlub edəndə bu onun üçün böyük uğur olacaq. 
  • Uzun müddətdir ki,  məşğul olursuz amma uşaq hələ də taxtada fiqurları qarışdırır ? üzülməyin. Şahmat səbrli olmağı və fərdlərdən asılı olaraq  müəyyən qədər zaman tələb edir. 
  • Hiss edəndə ki, uşağın şahmata marağı azalmağa  başlayıb mütləq 15-20 günlük fasilə verin. Fasilə körpənin xeyrinə olacaq və yaranmış fasilədən sonra o daha böyük həvəslə oynamağa başlayacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss