“Xəzər Universiteti Şahmat Akademiyasından” gənc şahmatçılara müjdə! Akademiyanın təcrübəli müəllimləri tərəfindən pulsuz Master-Klasslar keçiriləcək.
Bir müddət öncə fəaliyyətə başalayan şahamat akademiyası, açılışı münasibətilə sizi təcrübəli müəllimlər tərəfindən keçiriləcək ödənişsiz Master Klasslara dəvət edir. Fevralın 11-i və 13-ü, saat 17:30-da “Xəzər Universiteti Şahmat Akademiyasında” ,Beynəlxalq qrossmeyster,FİDE məşqçisi və Türkiyə gənclər yığmasının baş məşqçisi olan Nicat Məmmədovun “Şahmatda variantların hesablama texnikaları” mövzusunda ,akademiyanın digər müəllimi olan ,FİDE ustası Elşad Rzayevin isə “Oyunun əvvəlində baş verən tələlər və səhflər” mövzusunda Master-klasslar keçirəcəklər. Seminarların dördü də, akademiyanın Xətai prospekti 31 ünvanında yerləşən binasında keçiriləcək (Təhsil nazirliyi ilə üzbəüz “Luxen Plaza”). Yerlər məhdud olduğundan öncədən qeydiyyatdan keçməyiniz tövsiyə olunur.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur