SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığmanın baş məşqçisi : "Zeynəb və Gülnarın oyunları təəsüf doğurur"

"Qadınlar arasında şahmat üzrə ölkə çempionatı bir tərəfdən seçmə xarakter daşıması, digər tərəfdən gənc şahmatçıların aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Yarışlar hər bir şəraiti olan, müasir standartlara cavab verən zalda keçirildi. Bəzi şahmatçıların nəticələri mənim üçün bir qədər gözlənilməz oldu. Lakin gənc şahmatçılarımız Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva müəyyən mənada öz üstünlüklərini göstərdilər. Zeynəb Məmmədyarova və Gülnar Məmmədovanın oyunları təəssüf doğurur. Onlar yığma komandanın üzvləridirlər. Amma belə hallar olur. Oyunlar bəzən uğursuz alınır. Ümid edirəm ki, onlar öz çıxışlarından nəticə çıxaracaqlar. Bu şahmatçılar dəfələrlə qitə çempionatlarında, olimpiadalarda yaxşı nəticələr göstəriblər. Qalib və mükafatçıları isə təbrik edirəm. Ümid edirik ki, gənc şahmatçılarımız ümidləri doğruldacaq, bu il keçiriləcək Avropa çempionatında, ilin sonunda əsas yarışlardan biri olan Avropa komanda çempionatında Azərbaycanı uğurla təmsil edəcəklər"

Bu sözləri AZƏRTAC-a fevralın 12-də başa çatan qadınlar arasında ölkə çempionatının yekunları ilə bağlı müsahibəsində qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə deyib.

Baş məşqçi gələn il ölkə çempionatının dairəvi sistem üzrə keçiriləcəyini də qeyd edib: “Yarışlarda qabaqcıl şahmatçılarla bərabər, zəif şahmatçılar da mübarizə apardılar. Düzdür, düşünürdük ki, perspektivli şahmatçıları üzə çıxarmaq üçün aşağı reytinqli şahmatçıların da yarışa qatılmasını təmin edək. Amma nəticədə bir neçə şahmatçının çox zəif nəticə göstərməsi turnirdə bir qədər problemlər yaratdı. Güclü şahmatçıların onlarla hətta yarım xal itirməsi nəticədə böyük xal itkisi yaradır. Ona görə növbəti il üçün Azərbaycan çempionatının keçirilmə qaydasında dəyişiklik etməyi düşünürük. Gələn il ölkə çempionatı dairəvi sistem üzrə keçiriləcək. Əvvəlcə seçmə turniri keçirməyi nəzərdə tutmuşuq. Seçmə turnirin nəticələrinə görə şahmatçıların ölkə çempionatında iştirakını planlaşdırırıq”. Fikrət Sideifzadə yığma komandanın tərkibində hansı idmançıların yer alacağına da aydınlıq gətirib: “Yığma komandada həmişəki kimi 5 şahmatçı olacaq (4 əsas, 1 əvəzedici). Azərbaycan çempionatında birinci yeri tutan idmançı birbaşa yığmada yer alır. 2018-ci il sentyabrın 1-dən bu ilin iyul ayının 1-nə qədər bütün turnirlərdə şahmatçıların ümumi orta reytinqi toplanıb yığma komanda üçün digər üç güclü şahmatçı müəyyənləşdiriləcək. Yığmaya son bir şahmatçı isə məşqçinin göstərişi ilə təyin olunacaq”.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss