SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Men adasında tarixi yarış ! FİDE açıqladı

FIDE  İddiaçılar Turnirinə vəsiqə almaq istəyən şahmatçılar üçün yaratdığı yeni "Grand Swiss 2019" superturnirinin keçiriləcəyi məkanı və tarixlərini açıqlayıb.

Chess.az  Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki ,"Grand Swiss 2019" turniri bu ilin oktyabrın 7-dən 21-dək İngiltərəyə məxsus olan Men Adasında keçiriləcək. Yarışın ümumi mükafat fondu isə, 400 000 ABŞ dolları təşkil edəcək. Maraqlısı odur ki, mübarizəyə qoşulacaq 160 şahmatçıdan yalnız biri İddiaçılar Turnirinə vəsiqə qazana biləcək. Şahmat mütəxəsissləri artıq indidən bu yeni turniri şahmat tarixinin ən böyük və ən marqlı açıq turniri kimi yadda qalacağını proqnozlaşdırır.

İlk 105 şahmatçı FİDE-nin əvvəl də açıqladığı qaydalar üzrə yarışa buraxılacaq (2018-ci ilin iyunundan 2019-cu ilin iyun ayının 1-dək orta reytinqə  görə ilk 100 şahmatçı , qadınlar arasında ,20 yaşadək yeniyetmələr arasında , 50+ yaş və 65+ yaş kateqoriyalarında Dünya Çempionu  adını daşıyanlar).

Digər yerlər isə , yarışın təşkilat komitəsi ilə FİDE tərəfindən seçiləcək. Bunlar əsasən qadınlar ,gənc və yeniyetmə şahmatçılılar,yerli şahmatçılar olacaq. Hazırki reytinq cədvəlinə nəzər salsaq  6 azərbaycanlı şahmatçı bu turnirdə iştirak etmək hüququnu özündə saxlayır. BunlarŞəhriyar Məmmədyarov,Teymur Rəcəbov ,Arkadiy Naydiç, Rauf Məmmədov,Eltac Səfərli  və Qədir Hüseynovdur. Qeyd edək ki ,qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2019-cu il ərzində Dünya üçüncüsü ünvanını özündə qaytarıb, saxlaya bilsə,digər turnirlərin nəticəsində asılı olmayaraq birbaşa İddiaçılar turnirində iştirak etmək hüququnu qazanacaq.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss