Beynəlxalq Şahmat Federasiyası 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə düşmək üçün şahmatçıların keçməli olduqları yolu açıqlayıb.
Beləliklə, ənənəvi olaraq İddiaçlar turnirində bu dəfə də 8 şahmatçı iştirak edəcək. Onu da qeyd edək ki ,növbəti İddiaçılar turnirinin bir iştirakçısı artıq məlumdur. Qaydalara əsasən ,amerikalı Fabiano Karuana ötən ilin sonunda şahmat tacı uğrunda keçirilən final matçının məğlub olan şahmatçısı kimi,növbəti İddiaçılar turnirinə birbaşa vəsiqə qazabnıb.
1 yer - 2018-ci ildə keçirilmiş Dünya Çempionatının ikincisi (Fabiano Karuana)
2 yer -Dünya Kubokunu finalçıları (əgər finalçı Karlsen ya Karuana və ya hər ikisi
olacaqsa, o zaman turnirdə onlardan sonra gələn ən yaxşı nəticə göstərmiş
şahmatçı)
1 yer - 160 şahmatçının iştiraki liə Men adasında keçiriləcək "Grand Swiss|" turnirinin qalibi.
2 yer - FİDE Qran-Prinin nəticələrinəgörə ilk 2 yeri tutan şahmatçı.
1 yer - Ən yüksək orta reytinqi olan şahmatçı (fevral 2019-yanavar 2020, Karlsen və
Karuanadan sonra)
1 yer - Təşkilatçı tərəfindən seçilərək təyin olunacaq.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur