SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

10 gün qalıb! Rusiya,Çin,Azərbaycan

Xəbər verdiyimiz kimi, martın 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində kişilər və qadınlar arasında Komanda Dünya Çempionatları start götürəcək. Azərbaycanı "Mundialda" kişilərdən ibarət yığma komandası təmsil edəcək.  

Azərbaycan yığması Dünya Çempionatına optimal heyətlə yollanmasa da ,medallara əsas namizədlərdən biri hesab olunacaq. Dünya Çempionatına Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovsuz yollanacaq olan yığmamız, 2695 reytinqlə yarışın 3-cü reytinq favoriti olacaq. DÇ-da yığmamızdan daha böyük reytinə yalnız Rusiya və Çin yığmaları malik olacaqlar. 

Yarışa optimal heyətlə gələn ruslar 2755 reytinqlə DÇ-nın ən güclü komandası olacaq. 

(GM,Karyakin (2753) ,Gm,Nepomnyaşiy (2771), GM,Qrişyuk (2771) ,GM,Andreykin (2725) və GM,Artemyev (2709).

İkinci pillədə isə, orta reytinqi 2747 olan Çin yığması olacaq.

(GM,Dinq Liren (2812),GM,Yu Yanyi (2764),GM,Bu Syandji (2731) ,GM,Ni Xua (2683) və GM,Vey Yi (2733). 

Heyətinə görə ən çox təcübləndirən isə ABŞ yığması oldu. 2700 və hətta 2800-lər klubunda təmsilçiləri olan yığma, turnirə ümumiyyətlə ikinci komanda ilə geləcək. Bircə onu qeyd etmək kifayətdir ki, ABŞ yığmasının 1-ci taxta oyunçusu elə də çox tanınmayan GM,Darius Sverç (2655) olacaq. 

Qeyd edək ki, ökəmizi dünya çempionatında 

GM,Arkadi Naydiç (2732) ,GM,Rauf Məmmədov (2703), GM,Qədir Hüseynov, GM,Eltac Səfərli (2681) və GM,Nicat Abbasov (2630) təmsil edəcəklər.

Xatırladaq ki,yığmamızın əsas üzvləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FIDE-nin "Qran-Pri" seriyasına hazırlıqları ilə əlaqədar olaraq yarışda iştirak etməyəcəkləri açıqlamışdırlar. 

YIĞMALARIN HEYƏTLƏRİ


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss