SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan yığmasından DÇ-da nə gözləyək ? (TƏHLİL)

Martın 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində kişilər və qadınlar arasında Komanda Dünya Çempionatları start götürür. 

Ölkəmizi Dünya birinciliyində kişilərdən ibarət yığma komandası təmsil edəcək. Milli komandamız son Avropa Çempionu kimi "Mundialda" iştirak etmək hüququnu qazanıb. Dünya çempionatda iştirak edəcək yığmaların yekun heyətləri də məlumdur və artıq müəyyən proqnozlar vermək olar.

Sössüz ki ,yarışın aşkar favoritləri Rusiya və Çin yığmaları olacaq. Dünya Çempionatına optimal heyətlərlə gələcək bu iki komandadan birinin, çempion olacağı da heç kimdə şübhə doğrumur. Təbii ki,bir sürpriz baş verməsə. Bəs çempionatda sürprizi hansı yığmadan gözləmək olar? Çalışaq bu suala cavab tapaq. Bu Azərbaycan,İngiltərə,Hindistan və ya ABŞ millilərindən biri ola bilər. Amma İran yığmasını da hesabdan silmək olmaz. DÇ-na gənc və perspektivli heyətlə gələn iranlılar yarışın reytinq favoritlərindən sayılmasalar da, şahmatçıları hazırda əla formadadı. Təbii ki, ABŞ və Azərbaycan yığmaları DÇ-na optimal heyətlərlə gəlsəydilər, İngiltərə,Hindistan və İranın medallar uğrunda mübarizə aparması çətin görünərdi. Lakin yığmamız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovsuz ,ABŞ yığması isə,ümumiyyətlə çempionata ikinci heyətlə yollanması komandaların güclərini nisbətən bərabərləşdirdi. Yalnız Misir,İsveç və ev sahibi Qazaxıstanı çampionatın  autsayderlərinə aid eləmək olar. Digər 7 yığmanın hər biri medallara iddialıdırlar və qarşıda bizi çox gərgin mübarizə gözləyir. Orta reytinqinə nəzər salsaq, yığmamızın bürünc medallara əsas namizəd olduğu görsənir. Yığmamız DÇ-da üçüncü komanda kimi başlayacaq. Üçüncülük uğrunda əsas rəqiblərimiz isə, məhz adları yuxarıda qeyd olunan Hindistan,İngiltərə, ABŞ və İran yığmaları olacaq. Amma bir məqamı qeyd etmək lazımdır. Hamıya məlumdur ki, şahmatda heç də hər şeyi reytinq həll etmir. Bunun ən bariz nümunəsi kimi ,dünən Moskvada başa çatmış "Aeroflot Open" turnirində, yarışa 68 nömrə altında başlayan estoniyalı Kaido Kulatosun qələbəsidir. Estoniyalı şahmatçı özündən hətta 200-ə yaxın reytinq xalı irəlidə olan şahmatçıları qabaqlayaraq turnirin qalibi oldu. Deməli, vacib yarışlar öncəsi əsas olan şahmatçının reytinqi deyil, onun hazırki forması və psixolojı durumudur. Bu baxımdan isə yığmamız təsüüf ki , biraz ağsayır. Millimizin üzvləri fevral ayının heç də uğurlu keçirməyiblər və ay ərzində reytinqlərini üst üstə 71!!! punkt aşağı salıblar. Bu göstərici yalnız Arkadiy Naydiç ,Rauf Məmmədov və Eltac Səfərlinin payına düşür. Nəzərə alsaq bu üç şahmatçı millimizin əsas qüvvəsi sayılır ,o zaman vəziyyətin heç də ürəkaçan olmadığı görsənir. Mundialda yığmamızın lideri olacaq Arkadiya Naydiç ,ötən ay ərzində oynadığı 5 oyunda yalnız ikisində qələbə qazanıb. Reytinqini 22 punkt aşağı salan Arkadiy, hazırda  2710 ELO xalı ilə dünya reytinq sıralamsında 26-cı yerdən 34-cü yerə enib. Bu onun göstəricisidir ki ,Naydiç hazırda ideal formasından xeyli uzaqdır.Eyni sözləri digər şahmatçımız  Rauf Məmmədov haqqında da söyləmək olar. Moskvada başa çatan "Aeroflot Open" turnirində imkanlarından aşağı çıxış edən Rauf, reytinqini 10 punk aşağı salmaqla 2700-lər klunbunu da tərk etməli oldu. Təsüüflər olsun ki , problemlər bunula bitmir. 2700-lər klubunda daxil olmağı hədəfləyən perspektivli şahmatçımız Eltac Səfərli ,fevral ayını  bəlkə də karyerasının ən uğursuz ayı kimi xatırlayacaq. Əvvəlcə İranın paytaxtı Tehranda Dünya yığmasının heyətində İran yığmasına qarşı keçiridiyi 9 oyundan heç birində qələbə qaza bilməyərək, reytinqini 18 punkt aşağı salıb. Eltac, zəyif çıxışını Moskvada da davam etdirdi. "Aeroflot Opn" turnirində iştirak edən Səfərli ,burda da reytinq xallarını itirməkdə davam etdi. Moskva turnirində 23 punkt itirən Eltac,ümumilikdə ay ərzində reytinqini 41 punkt aşağı salıb.  

Yalnız ötən ay oyun keçirməyən və DÇ-na hazırlaşan Qədir Hüseynov və Nicat Abbasovun forması barədə bir söz söyləmək olmur. Ümid edək ki, onlarda hər şey qaydasındadır və yığmamızın dünya çempionatında qazanılacaq qələbələrdə böyük pay sahibi olacaqlar. 

Biz bu heyətlə çempionatda nəyə ümid edə bilərik? Millimizin əsas hədəfi bürünc medallar uğrunda mübarizə aparmaq olacaq. Bütün şahmatçıların karyerasında uğursuzluq zolaqları olur. Bu təbii hadisədir. Ümud edək bizim şahmatçılar fevral ayında fəqrli olaraq mart ayında daha yaxşı çıxış edəcəklər. Belə olacağı halda biz Astanada keçiriləcək Dünya bitrinciliyindən medallarla qayıda bilərik. 

Bizə düşən isə , Azərbaycan Milli Komandasını dəstəkləməkdir ! 


Uğurlar Milli ! 


DÇ-2019-da iştirak edəcək komandaların heyətləri (reytinq) : 

1.Rusiya       : 2751 

GM,Sergey Karyakin (2753) ,GM,Yan Nepomnyaşiy (2771), GM,Aleksandr Qrişyuk (2771) ,GM,Dmitriy Andreykin (2725) , GM,Vladislav Artemyev (2736)

2.Çin              : 2743

GM,Dinq Liren (2812) ,GM,Yu Yanyi (2761) ,GM,Bu Syandji (2731) ,GM,Ni Xua (2683) ,GM,Vey Yi (2730)

3.Azərbaycan : 2667

GM,Arkadi Naydiç (2710) ,GM,Rauf Məmmədov (2691) ,GM,Qədir Hüseynov (2664), GM,Eltac Səfərli (2640) ,GM,Nicat Abbasov (2630)

4.İngiltərə     : 2649

GM,Maykl Adams (2708) ,GM, Geveyn Djons (2678) ,GM,Lyuk Makşeyn (2661) ,GM,Devid Houvell (2693) ,GM,Djon Spilman (2506)

5.Hindistan    : 2648

GM,Başkaran Adhiban (2683) ,GM,Krişnan Sasikiran (2689) ,GM,Panayapan Setxuraman (2638) ,GM,Aravindx Çitxambaram (2599) ,GM Surya Qanquli (2633)

6.ABŞ            : 2636

GM,Dariuş Sverç (2655) ,GM,Aleksandr Onişyuk (2647) ,GM,Samuel Sevian (2642) ,GM,Aleksandr Lenderman (2637) ,GM,Zviyad İzoriya (2603) 

7.İran           : 2621

GM,Parham Maqsudlu (2670) ,İM,Əlirza Firuzdja (2653) ,GM,Puya İdani (2604) ,GM,Amin Tabatabaye (2595), GM,Ehsan Qayem Maqami (2586)

8.Qazaxıstan  : 2537

GM,Rinat Jumabayev (2611) ,GM,Murtaz Kajqaleyev (2587) ,GM,Anuar İsmaqambetov (2545) ,İM,Denis Maxnyev (2476) ,GM,Petr Kostenko (2466)

9.İsveç          : 2532

GM,Nils Qrandelius (2694) ,GM,Erik Blomqvist (2486) ,GM,Hans Tikkanen (2518) ,GM,Aksel Smit (2487) ,İM,Linus Yohanssen (2479)

9.Misir           : 2531

GM,Amin Bassem (2710) , GM,Adli Ahmed (2611) ,GM,Heşam Abdelrahman (2441) ,İM,Favzi Adham (2451) ,İM,Abdelnabi İmmed (2446)


Emil Əliyarlı

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss