SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.Məmmədyarov "Bizim keçmişimiz və sabahımızsınız"

Azərbaycanın ən güclü şahmatçısı olan Şəhriyar Məmmədyarov,komandalar arasında Dünya Çempionatında iştirak edən yığma komandamızın üzvlərinə dəstək mesajını göndərdi. 

Qazaxıstanın paytaxtı Astana şəhərində davam edən dünya birinciliyində iştirak edən yığmamızın üzvləri Rauf Məmmədov və Eltac Səfərli Məmmədyarovdan dəstək mesajını aldı. Dünyanın ən güclü  şahmatçılarından biri hesab olunan Şəhriyar öz Feysbuk hesabında komanda yoldaşlarını belə dəstəkləyib “Rauf Məmmədov və Eltac Səfərli kimi oğullarla qürur duymaq lazımdır.Bizim keçmişimiz və sabahımızsınız! Siz olmasaydız ölkə şahmatında heç bir uğurdan danışmaq olmazdı. Övladlarımızı onlardan daha üstün edək,sonra onları pisləyək ! Hər zaman sizinləyəm və sizi dəstəkləyirəm” 







Qeyd edək ki,Mundiala Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovsuz yollanan milli komandası hazırda 5 xalla 7-ci pillədə qərarlaşıb.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss