SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AVRO 2019: Bravo Eltac,Bravo Cahandar !

Şimali Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa Çempionatı başa çatdı.  

Chess.az xəbər verir ki, bu gün qitə birinciliyinin sonuncu turun oyunları keçirildi. Avropa çempionatında iştirak edən yeddi təmsilçimizdən yalnız Eltac Səfərlinin çıxışını adlandırmaq olar. Eltac keçirdiyi 11 oyunda heç birində məğlub olmayaraq (5 qələbə 6 heç-heçə) sonda turnir cədvəlində 11-ci oldu. Bu uğur həmçinin Eltaca bu ilin sentyabr ayında Rusiyanın Xantı-Mansisysk şəhərində keçiriləcək Dünya Kubokunda iştirak etmək hüququnu qazandırıb. Yarışın əsas reyutinq favoritlərindən biri sayılan digər şahmatçımız Rauf Məmmədov isə ,təəsüf ki,imkanlarından xeyli zəif çıxış etdi. Rauf 11 oyundan yalnız 6 xal toplayaraq 135-ci oldu. Digər təmsilçilərimizdən Ülvi Sadıqov 6 xalla 154-cü, 5.5 xalla Məhəmməd Muradlı 198-ci,5 xalla Kənan Qarayev 236-cı, Kənanla eyni xala malik olan Abdulla Qədimbəyli 244-cü, 9 yaşlı Cahandar Azadəliyev isə 4 xalla 304-cü yerləri tutublar. Onu da qeyd edək ki, 9 yaşlı şahmatçımız Cahandar Azadəliyev Avropa çempionatında 304-cü pillədə qərarlaşmasına baxmayaraq ,qazandığı 4 xal sayəsində reytinqinin 111 punk qaldırmağı bacardı. 

Avropa çempionu adının isə 8.5 xalla son zamanlar fantastik oyunu ilə seçilən gənc rusiyalı qrossmeystet Vladislav Artemyev qazandı. İkinci yeri Artemyevlə eyni xal toplayan və yalnız əlavə göstəricilərə ikinci olan isveçli Nils Qrandelius oldu. Üçüncü pillənin sahibi isə polşalı Kasper Pirun oldu. 


AVRO 2019  - YEKUN CƏDVƏL

11-Cİ TUR : 

RAUF MƏMMƏDOV -QABRİEL QAYEXVİLLER (İSVEÇRƏ)

ELTAC SƏFƏRLİ -MATİAS BLUEBAUM (ALMANİYA)

LAURENT FRSSİNET (FRANSA) -ÜLVİ SADIQOV

ALPARSLAN İŞIK (TÜRKİYƏ) -MƏHƏMMƏD MURADLI 

DAVİD QAVRİLESKU (RUMINİYA) -KƏNAN QARAYEV

ALEKSANDR KONSTANİNOV (Ş.MAKEDONİYA) -CAHANDAR AZADƏLİYEV  

MİRÇA PARLİQRAS (RUMINİYA) -ABDULLA QƏDİMBƏYLİ 

----

10-CU TUR : 

VİKTOR MATVİİŞİN (UKRAYNA) -RAUF MƏMMƏDOV  1:0

FALKO BİNDRİÇ (ALMANİYA) -ELTAC SƏFƏRLİ   0:1

ÜLVİ SADIQOV  -NİKOLOZİ KAÇARAVA (GÜRCÜSTAN) 1:0

MƏHƏMMƏD MURADLI -ANASTASİYA PROTOPOPVA (RUSİYA) 0.5:0.5

KƏNAN QARAYEV -ŞAKED TİFFERET (İSRAİL)  1:0

FİLİP MİHOV (Ş.MAKDEDONİYA) -CAHANDAR AZADƏLİYEV  1:0

ABDULLA QƏDİMBƏYLİ -YAXİL SOKOLOVSKİY (İSRAİL)  1:0

-----

9-CU TUR : 

RAUF MƏMMƏDOV -KONSTANTİNOS MEQALİOS (YUNANISTAN) 1:0

ELTAC SƏFƏRLİ -MANUEL PETROSYAN (ERMƏNİSTAN)  1:0

LİLİYA OSMAK (UKRAYNA) - ÜLVİ SADIQOV   0.5:0.5

DUŞAN RADOVANOVİÇ (SERBİYA) -MƏHƏMMƏD MURADLI 0:1

VİKTOR MATVİİŞİN (UKRAYNA) -KƏNAN QARAYEV  1:0

CAHANDAR AZADƏLİYEV -LİDİYA TOMAŞEVSKAYA (RUSİYA)  0.5:0.5

METODİ STONEV (FİDE) -ABDULLA QƏDİMBƏYLİ  0:1

----

8-Cİ TUR : 

ALEKSANDRA QORYAÇKİNA (RUSİYA) -RAUF MƏMMƏDOV   1:0

İVAN ROZUM (RUSİYA) - ELTAC SƏFƏRLİ  0.5:0.5

ÜLVİ SADIQOV - TSVETAN STOYANOV (FİDE) 0.5:0.5

MƏHƏMMƏD MURADLI -TARUN KANYAMARALA (İRLANDİYA)   1:0

KƏNAN QARAYEV -PETR ŞNEYNER (AVSTRİYA)   0.5:0.5

CAHANDAR AZADƏLİYEV -ANDREY TSVETKOV (RUSİYA) 0:1

MATEO İVİÇ (XORVATİYA) -ABDULLA QƏDİMBƏYLİ  0.5:0.5

------

7-Cİ TUR (VİDEOYAYIM): 

RAUF MƏMMƏDOV - SERGEY AZAROV (BELARUS) 0:1

SEBASTYAN MAZE (FRANSA) - ELTAC SƏFƏRLİ  0.5:0.5

EDUARDO Dİ BİNEDETTO (İTALİYA) - ÜLVİ SADIQOV 0.5:0.5

PAVLE DİMİÇ (SERBİYA)- MƏHƏMMƏD MURADLI  1:0

DİMO TERZİYEV (FİDE) -KƏNAN QARAYEV   0:1

BERNAD SERARLOS (İSPANİYA) - CAHANDAR AZADƏLİYEV  1:0

ABDULLA QƏDİMBƏYLİ -YEKATERİNA SMİRNOVA (RUSİYA)  0.5:0.5

----

6-CI TUR: 

ZBİNEK HRAÇEK (ÇEXİYA)-RAUF MƏMMƏDOV  1:0

MƏHƏMMƏD MURADLI -EDUARD ROMAN (FRANSA)  0:1  

ELTAC SƏFƏRLİ-STAMATİS KURKULUS-ARDİTİS (YUNANISTAN) 1:0

ÖZGÜN ŞAHİN (TÜRKİYƏ) -ABDULLA QƏDİMBƏYLİ  1:0

KƏNAN QARAYEV -DEMUT ADRİYEN (FRANSA) 0:1

ÜLVİ SADIQOV -ANDREY TSVETKOV (RUSİYA) 1:0

CAHANDAR AZADƏLİYEV -DUŞAN RADOVANOVİÇ (SERBİYA) 0.5:0.5

---

5-Cİ TUR: 

RAUF MƏMMƏDOV-NİKLA HUŞENBET (ALMANİYA)   1:0

NİKOLA DJUKİÇ (MONTENEQRO)-MƏHƏMMƏD MURADLI  1:0

ELTAC SƏFƏRLİ-VİTALİY SİVUK (UKRAYNA)   0.5:0.5

ABDULLA QƏDİMBƏYLİ-DAMİAN JANDRİÇ(SERBİYA) 0.5:0.5

NİKİTA MEŞKOVS (LATVİYA)-KƏNAN QARAYEV  1:0

BOROLJUB ZLATANOVİÇ (SERBİYA)-ÜLVİ SADIQOV 1:0

STEFAN MAZUR(SLOVAKİYA)-CAHANDAR AZADƏLİYEV 1:0

-----

4-CÜ TUR: 

ALEKSANDR BELYAVSKİYA (SLOVAKİYA)-RAUF MƏMMƏDOV 0:1

MƏHƏMMƏD MURADLI-DENİS VAQNER (ALMANİYA) 0.5:0.5 

JURAİ DRUSKA (SLOVAKİYA)-ELTAC SƏFƏRLİ 0:1    

KİRİLL GEORGİYEV (Ş.MAKEDONİYA)-ABDULLA QƏDİMBƏYLİ 1:0

KƏNAN QARAYEV-VALENTİN DRAGNEV(MACARISTAN) 1:0 

ÜLVİ SADIQOV-DAVİD GUİJARRO (İSPANİYA) 0:1

CAHANDAR AZADƏLİYEV-MOMÇİL PETKOV (BOLQARISTAN) 1:0


----

3-CÜ TUR: 

RAUF MƏMMƏDOV -PYOTR PYESİK(POLŞA)  1:0

YOAV MİLİKOV (İSRAİL) -MƏHƏMMƏD MURADLI  0:1

ELTAC SƏFƏRLİ - SERKAN SOYSAL (TÜRKİYƏ) 0.5:0.5    

ABDULLA QƏDİMBƏYLİ-ANASTASİYA ÇİQAYEVA (RUSİYA) 1:0 

SİLA ÇAĞLAR (TÜRKİYƏ)-KƏNAN QARAYEV 0:1 

MOMÇİL PETKOV (BOLQARISTAN)- ÜLVİ SADIQOV  0:1

YAKUB RAKATİN (ÇEXİYA)-CAHANDAR AZADƏLİYEV 0.5-0.5


-----

2-Cİ TUR VİDEOYAYIM: 

YAHAV EMANUEL (İSRAİL) -RAUF MƏMMƏDOV  0:1

MƏHƏMMƏD MURADLI - STEFAN STADİÇ (SERBİYA) 1:0

İLYA SEMYONOVS (LATVİYA)- ELTAC SƏFƏRLİ    0.5:0.5

MUSTAFA YILMAZ(TÜRKİYƏ) -ABDULLA QƏDİMBƏYLİ 1:0

KƏNAN QARAYEV - BATU ANQUN (TÜRKİYƏ) 0.5:0.5

ÜLVİ SADIQOV - İLİE MİLKOV (İSRAİL)  1:0

LAURA UNİK (SLOVENİYA)- CAHANDAR AZADƏLİYEV 0.5:0.5

-------

1-Cİ TUR VİDEOYAYIM: 

RAUF MƏMMƏDOV - PAULİUS PULTİNEVİÇUS (LİTVA)  0:1

VLADİSLAV KOVALYOV (BELARUS) - MƏHƏMMƏD MURADLI 1:0

ELTAC SƏFƏRLİ - PYOTR PİYESİK (POLŞA)    0.5:0.5

ABDULLA QƏDİMBƏYLİ - VADİM ZVYAQİNTSEV (RUSİYA)  0.5:0.5

DANİEL VOKATURO (İTALİYA) - KƏNAN QARAYEV  1:0

MUHAMET ASLLANİ (KOSOVO)- ÜLVİ SADIQOV   1:0

CAHANDAR AZADƏLİYEV-İQOR YANİK (POLŞA)    0:1


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss