SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mahir Məmmədov: "Heç-heçələr az,maraqlı partiyalar çox olacaq"

Bu gün “Shamkir Chess 2019” şahmat superturnirinin açılış mərasimindən öncə Azərbaycan  Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov jurnalistlərə müsahibə verib.

Chess.az saytı AZƏRTAC-a istinadən verdiyi xəbərdə bildirir ki, Federasiya rəsmisi turnirin vacibliyindən və digər məsələlərdən jurnalistlərə  açıqlamala verib. “Sevindirici haldır ki, artıq altıncı “Shamkir Chess” turnirinin açılışına hazırlaşırıq. Bu turnirin təşkili gözəl ənənəyə çevrilib. Ən mühüm məqam turnirin Azərbaycanın gözəl guşələrindən birində - Şəmkirdə keçirilməsidir. Bundan başqa, turnirdə dünyanın ən nüfuzlu şahmatçılarının iştirak etmələri onun əhəmiyyətini daha da artırır”.

Dünya çempionu Maqnus Karlsenin dördüncü dəfə bu turnirdə iştirak etdiyini xatırladan M.Məmmədov deyib: “M.Karlsenin Şəmkirə gəlməsi şahmat həvəskarları arasında turnirə marağı daha da artıracaq. Şahmat aləmində XXII kateqoriya ən yüksək dərəcədir. İnanıram ki, turnirdə heç-heçələr az, maraqlı partiyalar çox olacaq. Azərbaycanlı şahmatçılardan birinin bu turnirin qalibi adını qazanacağına ümid edirəm”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss