SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov : "İddiaçılar turnirinə vəsiqə qazanmağım çətinləşib"

Bu gün “Shamkir Chess 2019” şahmat superturnirinin açılış mərasimindən öncə Azərbaycanın ən güclü şahmatçısı olan Şəhriyar Məmmədyarov jurnalistlərə müsahibə verib. 

“Maqnus Karlsen iştirak etdiyi turnirlərdə həmişə favorit hesab edilir. Demək olar ki, turnirlərin 90 faizində qalib gəlir. Buna baxmayaraq, iki dəfə bu turnirin qalibi olmuşam. Üçüncü dəfə çempion olmaq üçün Şəmkirə gəlmişəm”.

Chess.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri martın 30-da qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdəki Heydər Əliyev Mərkəzində tanınmış qrossmeyster, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnirinin açılış mərasimindən əvvəl jurnalistlərə müsahibəsində deyib.

Ş.Məmmədyarov bildirib ki, :“Turnirdə güclü şahmatçılar mübarizə aparacaqlar. Çalışacağıq ki, bu il də uğurlu çıxışımızla yadda qalaq. Bizi gərgin mübarizə gözləyir”.

Veyk-an-Zee turnirinin onun üçün uğursuz olduğunu bildirən şahmatçı qeyd edib: “Almaniyadakı turnirdə reytinqimi artırdım. Düşünürəm ki, peşəkar şahmatçı üçün bu, normaldır. İnanıram ki, “Shamkir Chess 2019”da yenidən uğur qazanacağam. Bu il İddiaçılar Turnirinə vəsiqə qazanmaq çox çətin olacaq. Turnirdə iştirak etmək üçün reytinqə görə yalnız bir şahmatçı seçiləcək. Ona görə də reytinqə görə mənim İddiaçılar Turnirinə vəsiqə qazanmağım çətinləşib. Ancaq bu il dünya kuboku və Qran-Pri yarışlarında iştirak edəcəyəm. Bu yarışlarda uğurla çıxış edib turnirə vəsiqə qazana bilərəm.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss