SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FIDE prezidenti Azərbaycanda. "Şəmkirlilər çox qonaqpərvərdir"

FİDE prezidenti Arkadiy Dvorkoviç Şəmkir şəhərində səfərdədir. 

Chess.az xəbər verir ki ,Azərbaycanın mərhum qrossmesteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirini izləmək üçün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkirə gəlib.

Şəmkirdə mətbuat konfransı keçirən ali şahmat qurumunun rəhbəri yarışın təşkiltçılığını yüksək qiymətləndirib: "Superturnir yüksək səviyyədə təşkil olunub, şəmkirlilər isə çox qonaqpərvərdi".

Dvorkoviç "ShamkirChess" iştirakçıları arasında dünya çempionu Maqnus Karlseni xüsusi fərqləndirib: "Karlsenin oyunu daha çox maraq doğurur. Əlbəttə, o, dünyanın ən güclü şahmatçısıdır. Burada əsas fərq budur. Onun fərqləndirici xüsusiyyəti partiyalar zamanı diqqətini maksimum dərəcədə öz oyununa kökləməsi və öz üzərində çox işləməsidir".

O, rəhbərlik etdiyi qurumda bir sıra yeniliklər etmək istədiklərini deyib: “Dəyişikliklər hər zaman konfrans yolu ilə təsdiqlənir və qərarlar bu yolla verilir. Verdiyim sözləri yerinə yetirmək üçün güclü komandamız olmalıdır. Bunun üçün bir çox güclü qrossmeysteri komandaya cəlb edirik və şahmatı bütün dünyada daha da sevdirməkdən ötrü əlimizdən gələni edirik. Dünyanın hər yerində şahmat məktəblərinin açılmasını istəyirik. FIDE-nin daxilində rəsmi vəzifələrin az azı 25 faizini qadın əməkdaşların tutmasını arzulayırıq. Şirkətlərlə müqavilələr imzalayırıq. Hazırda bir proqram üzərində çalışırıq. Bütün məlumatları internet vasitəsi ilə əlçatan olması üşün həmin bazada yerləşdirəcəyik”.

("ShamkirChess2019" turnirinin mətbuat xidməti)

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss