SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Alina Kaşlinskaya Avropa Çempionu oldu. Fətəliyevadan uğurlu çıxış

Türkiyənin Antalya şəhərində Qadınlar arasında şəxsi Avropa Çempionatı başa çatdı.

Chess.az xəbər verir ki ,qitə birinciliyinin sonu çox dramatik alındı. 11-ci turdan sonra beş şahmatçının aktivində bərabər sayda xalı olub 8 xal. Belə olan halda çempionun adının əlavə əmsallar müəyyən edib. Bu göstəricilərə görə isə rusiyalı Alina Kaşlinskaya rəqiblərini üstələyərək 2019-cu il Avropa Çempionu adını qazandı. İkinci yeri fransalı Mariya Sebaq,üçüncü yeri isə almaniyalı Elizabet Paetz tutublar. Ölkəmizi təmsil edən Ülviyyə Fətəliyeva son turda qələbə qazanaraq xallarının sayını 7.5 ə çatdırmaqla sonda yarışı 7-pillədə başa vurdu. Qeyd edək ki,Avropa Çempionatı həmçinin Dünya Kubokuna lisenziya xarakterini daşıyırdı. Və yarışın sonunda təmsilçilərimiz Ülviyyə Fətəlliyeva ,Türkan Məmmədyarova və Günay Məmmədzadə Dünya Kubokunda iştirak etmək hüququnu qazanıblar.

YEKUN CƏDVƏLİ :

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss