SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GCT 2019". YENƏ DƏ KARLSEN !

Fil Dişi Sahilinin paytaxtı Abidjan şəhərində "Grand Chess Tour 2019" seriyasının ilk mərhələsi başa çatdı . 

Chess.az xəbər verir ki, hər il keçirilən "Grand Chess Tour 2019" şahmat seriyasının ilk mərhələsi Afrikada keçirildi. Abidjanda keçirilən mərhələ çərçivəsində Rapid və Blitz turnirləri oynanıldı. Son vaxtlar əvvəlkindən daha da parlaq oyunu ilə seçilən norveçli dünya çempionu Maqnus Karlsen, bu turnirdə da hamıdan güclü oldu. Maqnus yarış boyu iki dəfə fransalı Maksim Vişye Laqrafa məğlub olsa da, bu ona turniri lider qismində başa vurmağa mane olmayıb. Maqnus 26.5 xalla ,böyük fərqlə yarışın qalibi oldu. İkinci pillənin sahibi amerikalı Hikaru Nakamura,yarışı üçüncü yerdə bitirən isə məhz Maksim Vişye-Laqraf oldu. 

Qeyd edək ki, ümumilikdə 8 mərhələdən ibarət olan "GCT 2019"-un ümumi mükafat fondu 1 750 000 ABŞ dolları təşkil edir və 

seriyanın növbəti mərhələsi şahmatın klassik növü üzrə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək (iyunun 24-dən iyulun 9-dək).
NƏTİCƏLƏRƏ
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunurскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss