SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

TİMUR QAREYEV "NAXÇIVAN OPEN 2019"-UN QALİBİ OLDU

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi "Naxçıvan Open" Beynəlxalq şahmat turniri bu gün başa çatdı. 

Chess.az xəbər verir ki, Naxçıvanda keçirilən ənənəvi beynəlxalq şahmat festivalının əsas qrupunda qalib adını ABŞ təmsilçisi Timur Qareyev qazandı. İkinci yeri həmyerlimiz Nicat Abbasov qazandı, üçüncü pillənin sahibi isə, gürcü qrossmeyster Tornike Sanikidze oldu. 

Yarışın "B" qrupunda qələbəni Elxan Bayramov bayram etdi. Elxan mümkün 9 xaldan 8.5 xal !!! toplayaraq turnirin qalibi oldu. İkinci yeri Atilla Eynullayev tutdu, turnir cədvəlinin üçüncü pilləsinin sahibi isə daha bir həmyerlimiz Amil Abbasov oldu. 

12 yaşadək uşaqların turnirində ,birinci pillənin sahibi Rusiya təmsilçisi İlqar Məmmədov oldu.  İkinci yeri həmyerlimiz Niyazi Qafarov,üçüncü pilləni isə Qazaxəstanlı Nazar Talqatov tutdular. 

Qeyd edək ki,festival çərçivəsində keçirilən Blitz turnirin qalibi təmsilçimiz Nicat Abbasov olmuşdur.

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss