SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

KARYAKİN SPONSORLARINI İTİRDİ

Rusiyanın ən güclü şahmatçılarından biri hesab olunan Sergey Karyakin ciddi problemlərlə üzləşib.

Sponsor baxımından Dünya Çempionu Maqnus Karlsendən sonra dünyada bəlkə də yaxşı vəziyyətdə olan şahmatçı Sergey Karyakin ,ciddi problemlərlə üzləşib. Şahmatçının meneceri Kirill Zanqalis rusiya mətbuatına verdiyi açıqlamada bildirdi ki ,son aylar ərzində "Mersedes" şirkətini çıxmaq şərti ilə bütün sponsorlar Karyakinlə əməkdaşlığa son verdilər. Buna əsas səbə kimi isə ,Karyakinin 2016-cı düynya çempionu adı uğrunda final oynadıqdan sonra elə də ciddi uğur əldə bilməməsidir. "İlk növbədə ölkədə hökm sürən maliyə böhranı bir çox şirkətləri reklam büdcələrini azaltamağa vadar edib. Bizim baş sponsorumuz olan "Alpari" şirkəti hansısa dövlət sanksiyalar ucbatından ümumiyyətlə reklam bazarından çəkilməli olub. "Otkritiye" Bankı da reklam bazarından demək olar ki ,tamamən çəkilib."Fonbet" şirkəti bundan sonra əsasən futbol və basketbol idman növlərinə sponsorluq edəcəyini rəsmən açıqlayıb. Digər şirkətlər isə bizimlə olan  müqavilə müddətlərini artırmayıblar. İndi yalnız "Mersedes" şirkəti ilə əməkdaşlığımız davam edir. Səbəbinə gəlincə, səbəbini yalnız Sergey özü bilir. Finaldan sonra ciddi uğur qazana bilmədi və indi dünyada yalnız 17-cidi. Mən öz üzərimə düşənləri etdim, onun çıxışı barədə isə mən heçnə deyə bilmərəm.". Bundan əlavə Zanqalis bildirdi ki, Karyakinin bu il keçirilən "Grand Prix" seriyasından İddiaçılar turnirinə düşəcəyinə də artıq inanmır. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss