Chess.az xəbər verir ki, 12-ci Dünya Çempionu olan Anatoliy Karpovun öz təşəbüssü ilə yaradılan və 2000-ci ildən bu günə qədər keçirilən ənənəvi turnirdə ölkəmizi yığma komandamızın üzvü olan Rauf Məmmədov təmsil edir. Raufun bu turnirdə keçirdiyi səkiz oyunun hammısın heç-heçə ilə nəticələnib. Təmsilçimiz hazırda 4+ xalla 2-9-cu yerləri bölüşür. Sabah turnirin sonuncu, 9-cu turun oyunları keçiriləcək. Raufun rəqibi rusiyalı şahmatçı Andrey Yesipenko olacaq.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.