SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AFRİKA ÇEMPİONATI BAŞA ÇATDI. MİSİRLİLƏRİN BENEFİSİ İLƏ !

Tunsidə keçirilən şahmat üzrə Afrika Çempionatı başa çatdı. 

Chess.az xəbər verir ki, turnir Misir şahmatçılarının təmiz qələbəsi ilə başa çatdı. Kişilərin yarışında keçirdiyi 9 oyundan 8 xal toplayan misirli Adli Əhməd 2019-cu il Afrika Çempionu adını qazandı. Yarışda 2-ci və 3-cü yerləri də misir şahmatçıları qazandı. Amin Bassem ikinci, Essam El Gindi isə üçüncü oldu. Qadınların yarışında da təxminən eyni mənzərə müşahidə olundu. Misir şahamatçısı Şruk Vafa keçirdiyi 9 oyunda cəmi bir heç-heçə edərək, 8.5 xalla Afrika Çempionu oldu. İkinci yeri Əlcazairli Sabrina Letreş ,üçüncü yerin sahibəsi isə daha bir misirli Ayah Muaataz oldu. Beləliklə, 6 mümkün mükafat yerdən 5-ni qazanan Misir şahmatçıları Afrikada hazırda ən güclü olduqlarını bir daha sübut etdilər. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss