SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

RAUF VƏ ELTAC "BEŞİKTAŞ"-IN HEYƏTİNDƏ İKİNCİ OLDULAR ! VÜQAR İSƏ FİRUJANI 2700-LƏR KLUBUNA GÖNDƏRDİ

İranlı Firuja 2700-lər klubuna daxil oldu.

Chess.az xəbər verir ki, bu gün Türkiyənin Konya şəhərində başa çatmış 2019-cu il Türkiyə Superliqasının son turunda tarixi hadisə yaşandı. Belə ki, son bir ildə dünyanın bütün şahmat ekspertlərinin maraqla izlədiyi 16 yaşlı iranlı şahmatçı Əlirza Firuja, “TATVAN” klubunun heyətində həmyerlimiz Vüqar Əsədli üzərində qazandığı qələbə sayəsində 2700 klubuna daxil oldu. Elitar kluba düşməyi bacaran ilk İranlı şahmatçı Firujqa, hazırda 2701.5 reytinqlə Dünya sıralamasında 38-ci pillədə qərarlaşıb. Qeyd edək ki, cəmi bir ay əvvəl 16 yaşını qeyd edən Əlirza ,hazırda sözüqedən elitar klubun ən azyaşlı şahmatçısıdır və mütəxəsislərin fikirincə yaxın illərdə Dünya Çempionu adı uğrunda ciddi mübarizəyə qoşulabiləcək ən real nazmizədlərdən biri hesab olunur. 

Onu da qeyd edək ki, başa çatan Türkiyə Superliqasında bir sıra azərbaycanlı şahmatçı çıxış edib. Bunlar, “Beşiktaş”-ın şərəfinin qormumuş Rauf Məmmədov və Eltac Səfərli, “Daruşşafaka” klubunun əsas üzvləri olan Nicat Abbasov və Vüqar Əsədli, “Karaman” klubunda çıxış etmiş Vasif Durabəyli və Günay Məmmədzadə, “Bursa MM” komandasından Vüqar Rəsulov və “Kahramanmaraş MM” komandasında oynayan Abdulla Qədimbəyli olublar. Türkiyə Çempionatının qalibi isə məhz Əlirza Firujanın çıxış etdiyi "TATVAN" klubu oldu.Heyətində Rauf Məmmədov və Eltac Səfərlinin çıxış etdiyi “Beşiktaş” komandası ikinci olub. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss