SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

NAYDİÇ 130-CU PİLLƏDƏ ! (FİDE REYTİNQ CƏDVƏLİ AÇIQLANDI )

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu il sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Chess.az xəbər verir ki, dünya reytinq sıralamasına əvvəlki kimi norveçli Dünya çempionu Maqnus Karlsen başçılıq edir (2876). 2900 ELO xalına çatmağı hədəfləyən Karlsenin ən yaxın izləyicisi əvvəlki kimi amerikalı Fabiano Karuanadı (2812). İlk üçlüyü aktivində 2811 xalı olan çinli Dinq Liren tamamlayır. 

TOP 100-ə daxil olan həmyerlilərimizdən Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci, Teymur Rəcəbov 2758 xalla 15-ci, Arkadiy Naydiç  2675 xalla 62-ci, Qədir Hüseynov isə 2654 xalla 97-ci pillələrdə qərarlaşıblar. Onu da qeyd edək ki, bu ay daha bira Azərbaycan təmsilçisi Top-100-ü tərk edib. Bir neçə ay əvvəl 2700-lər klubunda mğhkəm dayanan Arkadiy Naydiçin enişi davam edir. Əvvəlcə 2700-lər klubunu tərk edən Arkadiy ,bu ay Dünya şahmat sıralamasında ilk yüzlükdən də kənarda qalıb. Hazırda Naydiç 2643 xalla dünyanın 130-cu şahmatçısıdır.   

Qadınların reytinq cədvəlinə 2659 xalla çinli Xu Yifan başçılıq edir. İkinci yerin sahibi Xunun həmyerlisi ,qadınlar arasında hazırki Dünya Çempionu Ju Venyun, üçüncü yerin sahibi isə rusiyalı şahmatçı Aleksandra Qoryaçkinadır. Qadınlar arasında TOP-100 ədaxil olan şahmatçılarımızdan Günay Məmmədzadə 2427 xalla 39-cu , Ülviyyə Fətəliyeva isə  2368 xalla 99-cu pillələrdə qərarlaşıblar. 


TOP 100 (KİŞİLƏR)

TOP 100 (QADINLAR) 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss