SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

YEKATERİNBURQ ŞƏHƏRİ İLK NAMİZƏD OLUR

2020-ci ilin mart ayında keçiriləcək İddiaçılar turnirini təşkil etmək arzusunda olan ilk şəhərin adı məlum oldu. 

"Yekaterinburq şəhəri İddiaçılar turnirini keçirmək üçün namizəd şəhər olur. Ümid edirik ki, Rusiya Şahmat Federasiyası və FİDE bizim bu təşəbbüsümüzü dəstəkləyər ", bu sözləri Rusiyanın Yekaterinburq şəhərində keçirilən şahmat turnirinin açılışı zamanı Rusiya Şahmat Federasiyasının vitse- prezidenti ,eks-dünya çempionu olan Anatoliy Karpov deyib. Qeyd edək ki, bu ilin mart ayında FİDE öz saytında 2020-ci ildə İddaçılar turnirini təşkil etmək üçün müsabiqəni açıq elan etmişdir .Elan dərc olunandan beş ay sonra ,Yekaterinburq turniri təşkil etmək istəyən ilk şəhər oldu. Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov da məsələ ilə bağlı aşıqlama verib "Yekaterinburq şəhəri bizə hələki rəsmi müraciət etməyib ,amma federasiya olaraq biz onların bu təşəbüsünü dəstəkləyirik. Şəhər yüksək səviyyəli turniri qəbuk etmək üçün böyük potensiala malikdir. Belə mötəbər yarışı ölkəmizdə qəbul etmək şad olardıq". 

Xatırladaq ki, 2018-ci ildə keçirilən son İddiaçılar turniri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss