SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GCT 2019". MAQNUS VƏ ŞƏHRİYARIN FİASKOSU

ABŞ-ın şahmat paytaxtı sayılan Sent-Luis şəhərində "Grand Chess Tour 2019" seriyasının dördüncü mərhələsi başa çatdı.  

Chess.az xəbər verir ki, qarışıq Rapid və Blitz yarışlarından ibarəd olan mərhələnin qalibi erməni şahmatçı Levon Aronyan oldu. Turnirin ən diqqətçəkən məqamı isə sössüz ki, Dünya çempionu Maqnus Karlsenin yarışı 6-cı pillədə bitirməsidir. Çoxları Maqnusun istənilən superturnirin ya qalibi ,ya da ki ,ən pis halda ilk üçlükdə yer almasına alışıb. Amma bu dəfə Maqnus sözün əsl mənasında fiaskoya uğradı. Turnirdə üst-üstə 10 məğlubiyyət !!! alan Karlsen ,sonra yarışı 6-cı pillədə bitirməli oldu. Fiaskoya uğrayan daha bir şahmatçı isə təəsüf ki ,həmyerlimiz Şəhriyar Məmmədyarov oldu. Turnirdə keçirdiyi 27 oyundan 14-də məğlub olan Məmmədyarov ,turniri yarış cədvəlinin sonuncu pilləsində bitirdi. 

Xatıraladaq ki ,indiyədək keçirilən üç mərhələnin ikisinin qalibi norveçli Maqnus Karlsen ,birinin isə fransız Maksim Vaşye-Laqraf olmuşdurlar. Keçirilən dördüncü mərhələdən sonra ümumi hesabda liderlər dəyişmədi. Maqnus Karlsen "GCT 2019" seriyasında başçılıq edir ,fransalı Maksim Vaşye-Laqraf isə onun ən yaxın izləyicisidir. Həmyerlimiz Şəhriyar Məmməduarov isə ,Sent-Lyuisdə olduğu kimi seriyanın ümumi hesabında da sonuncu pillədə qərarlaşıb. Qeyd edək ki , "GCT 2019"-un ümumi mükafat fondu isə, 1 750 000 ABŞ dolları təşkil edir.














1.Abidjan (FDŞ)  - 6-13 may (Rapid və Blitz)

2.Zaqreb (Xorvatiya)  - 24 iyun-9 iyul (Klassik)

3.Paris (Fransa) - 27 iyul - 2 avqust   (Rapid və Blitz)

4.Sent Luis (ABŞ) - 8 - 15 avqust      (Rapid və Blitz)

5. Sent Luis (ABŞ)     -16 - 30 avqust     (Klassik)

6.Buxarest (Rumıniya) - 4 - 11 noyabr    (Rapid və Blitz)

7.Kalkutta (Hindistan) - 20 -27 noyabr  (Rapid və Blitz)

8.London (Böyük Britaniya)     - 30 noyabr - 10 dekabr . Final


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss