SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.MƏMMƏDYAROV: "HANI İNDİ O GƏNCLƏR?"

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour 2019"-un dördüncü mərhələsində iştirak edən Şəhriyar Məmmədyarov gənc şahmatçılarımıza dəstək mesajını verdi. 

Chess.az xəbər verir ki , Şəhriyar şəxsi Feysbuk hesabında bugünlərdə yeniyetmələr arasında Avropa Çempionatında uğur qazanan şahmatçılar haqqında öz fikirlərini paylaşıb: "Avropa birinciliyinin nəticələrinə çox sevindim. İki qızıl medalı qızlar qazandı. 8-10 yaşlı uşaqlarda bizim gənclər liderlik edir. Amma yadıma düşür 5-6 il bundan əvvəl də gənclər super oynayırdırlar. Hanı indi o gənclər? Yeniyetmələrə dəstək olmalıdır! Dəstək olmasa ,hər 5-6 ildən bir belə kiçik uğurlara sevinmək olmaz.Gənclərə dəstək olmaq lazımdır ki, yeni 2700-2800-lərimiz olsun. Gənc şahmatçılarımızı təbrik edirm". Xatırladaq ki ,avqustun 11-də Slovakiyanın paytaxtı Bratislavada başa çatan yeniyetmələr arasında Avropa Çempionatında Dinara Hüseynova və Ayan Allahverdiyeva qızıl ,Səadət Bəşirli gümüş, Cahandar Azadəliyev və Yusif Kərimli isə bürünc medallar qazanmışdırlar. Komandamız isə ,ümumi hesabda Rusiyadan sonra ikinci olmuşdur. 







© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss