SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MAKSİM VAŞYE-LAQRAF MAQNUSU ZİRVƏDƏN SALDI !

Fransalı şahmatçı Maksim Vaşye-Laqraf, Sent-Luisdə davam edən "Grand Chess Tour 2019"-da tarixi uğura imza atıb. 

Chess.az xəbər verir ki, dünən başa çatan Rapid yarışından sonra lider olan Maksim, Rapid üzrə canlı reytinq sıralamasında planetin ən güclüsü olan norveçli Maqnus Karlseni taxtdan salmağı bacardı. Xatıraldaq ki, bu il Maksim Vaşye-Laqraf Blitzdə də eyni uğura imza atmışdı. İki dəfə Blitz üzrə Dünya birincisi ünvanını qazanan Maksim ,Parisdə keçirilən "GCT 2019" üçüncü mərhələsində Blitzdə zəif çıxış edərək zirvəni Maqnusa qaytarmalı oldu. İndi isə, Vaşye-Laqraf Rapiddə zirvəni ələ keçirməyi bacardı. Bu il ərzində həm Rapiddə həm Blitzdə Maqnusu zirvədən salmağı bacaran Maksim , çox əla formada olduğunu və "GCT 2019"-da ümumi qələbə uğrunda Maqnusun əsas rəqibi olacağını göstəricisidir. Qeyd edək ki, həmin yarışda iştirak edən həmyerlimiz Şəhriyar Məmmədyarov rapid yarışını uğursuz keçirib və canlı reytinq sıralamasında 14 pillə geriləyərək hazırda 22-ci yerdə qərarlaşıb.

















© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss